Gündəm
“iPhone SE 2” smartfonu nə vaxt təqdim ediləcək?
“Apple” şirkəti ikinci nəsil “iPhone SE” smartfon modelini iyunda keçiriləcək “Apple” platformalı tərtibatçıların illik Ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) çərçivəsində təqdim edə bilər. Bu barədə bir sıra Çin mənbələrinin məlumatında deyilir.
Su orucu nədir, faydaları və zərərləri nədən ibarətdir?
Su orucu son illərin ən populyar pəhrizidir. Su orucu ilə bağlı aparılan son araşdırmalar onun sağlamlıq üçün faydalı olduğunu göstərsə də, bu barədə elmi işlər yetərli səviyyədə deyil.
İsveç alimləri: "Hündürboy qadınlarda insult riski çoxdur"
Höteborq Universiteti (İsveç) alimləri 30 il ərzində 1,5 mln qadın haqqında məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, hündürboy qadınlarda insult və ürək çatışmazlığı riski alçaqboylu qadınlarla müqayisədə 3 dəfə çoxdur.The Daily Mail xəbər verir ki, alimlərin fikrinə görə bunun səbəbi hündürboy qadınlarda ürək kameralarının ölçülərinin daha böyük olmasıdır. Bu da ürək və damarlarla bağlı olan riskini artırır. Bundan əlavə bədən çəkisi 76 kq-dan artıq olan qadınlar da ürək-damar xəstəliklərinə görə risk qrupundadır.
Qəbizlik problemi: ondan necə qurtulmaq olar?
Qəbizlik həzm sistemi xəstəliklərində ən çox təsadüf olunan şikayətlərdəndir və həkimə müraciət edənlərin 2-20%-ni təşkil edir. Qəbizlik daha çox qadınlarda, yaşlılarda və uşaqlarda rast gəlinir.
Diqqət: Hansı rəng, hansı rənglə uyğunlaşır?
Rənglərin insan psixologiyasına təsiri çoxdan bəllidir. Rənglərin ən çox işləndiyi yer isə insanın paltarıdır. Özümüzə paltar seçərkən biz yalnız onun görünüşünə diqqət etməklə yanaşı həm də rənginə fikir veririk. Rənglər həm insanın əhval ruhiyyəsini qaldıra, həm də ruh düşkünlüyü yarada bilər. Bəzən ən zövqlu insan da rənglərin uyğunlaşmasında çətinlik çəkir. Rənglərin mənalarını bilməklə onları seçmək daha asan olar.
Xəbərdarlıq: Uşağa çox süd vermək qanazlığı riskini artırır
Süd çox xeyirli məhsuldur. Bunu hamı bilir. Məhz bu səbəbdən analar uşaqlara israrla süd içizdirməyə çalışır. Lakin onu da nəzərə almaq lazımdır ki, həddən artıq süd içən uşaqda qanazlığının inkişafı riski artmış olur. Elmi araşdırmalar nəticəsində məlum olub ki, hər gün 2 stəkandan artıq süd içən uşağın qanında dəmirin səviyyəsi düşür.
Tanınmış müğənni ərinin hədiyyə etdiyi 600 minlik üzüyünü göstərdi
Ozan Çolakoğlu həyat yoldaşı Gülşənə 600 min TL-lik (təxminən 300 min manat) üzük hədiyyə edib. Prodüser Ozan Çolakoğlu evlilik təklifi zamanı Gülşənə 250 min TL-lik təkqaş üzük taxmışdı.
"Hamısını bir-bir məhkəməyə gətizdirəcəm"
Əməkdar artist Zöhrə Abdullayeva onu tənqdi edənləri məhkəmə ilə hədələyib. Müğənni sosial şəbəkədə onun şəklinə nalayiq sözlər yazanları bir-bir tapacağını deyib. Abdullayeva "Sayqa ilə bu axşam" verilişində bu halın onu çox əsəbiləşdirdiyini bildirib: "İnstaqram-da bir az qısa ətəkdə fotomu paylaşıblar. Altından da tənqidlər yazırlar.
2017-ci ildə dünyada smartfon istehsalı 6,5% yüksəlib
“TrendForce” analitiklərinin məlumatına görə, 2017-ci ildə smartfon istehsalçıları ümumilikdə təxminən 1,46 milyard aparat istehsal ediblər ki, bu da 2016-cı ilin göstəricisini 6,5% ötür.
Dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kart təqdim edilib
"SanDisk” şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES” sərgisində dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kart təqdim edib.
“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib. Bildirib ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib.
Jozef Bum "Zirə"yə niyə qayıtmır?
Yanvarın 4-də bir araya gələn "Zirə" hazırlığını davam etdirir. Məşqlərə yerlilərlə başlayan paytaxt klubunun düşərgəsinə bu gün legionerlər də qoşulublar.
Barqas vidalaşdı: "Getmək vaxtı idi"
"Neftçi"dən ayrılan Uqo Barqas klubun azarkeşləri ilə vidalaşıb. Fransalı hücumçu sosial şəbəkədə paylaşım edib. O, "ağ-qaralar"ın formasındakı şəklini yayaraq, ürək sözlərini yazıb: "Neftçi"də oynadığım üçün çox xoşbəxtəm.














