Gündəm

“Vurğuna vurğun gəlin” tamaşası nümayiş olundu

11 Yanvar 2018 09:27

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində teatrın istedadlı aktrisası, Əməkdar Artist Lətifə Əliyevanın ifasında tanınmış şair Zaməddin Ziyadoğlunun yeni - “Vurğuna vurğun gəlin” monotamaşasına daxili baxış keçirilib. Olaylar.az bildirir ki, L.Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə təqdim olunmuş tamaşa müəllifin Xalq Şairi Səməd Vurğuna həsr etdiyi eyniadlı pyes əsasında hazırlanıb.

Messidən insanlığa YARAŞMAYAN HƏRƏKƏT - FOTO

11 Yanvar 2018 09:23

"Barselona"da oynadığı müddətdə qaraciyər xərçənginə yoluxan Erik Abidal Messinin reaksiyasının onu üzdüyünü bildirib. O, müalicə aldığı dönəmdə komandaya motivasiya vermək için bir neçə video göndərdiyini bildirib:

"Klassik musiqi inciləri" layihəsində - Elina Druxun konserti

11 Yanvar 2018 09:21

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzinin "Klassik musiqi inciləri" layihəsi çərçivəsində rusiyalı violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elina Druxun konserti keçiriləcək. Olaylar.az bildirir ki, konsertdə İ.S.Baxın,E.Şossonun,P.İ.Çaykovskinin,A.Zeynallının və F.Əlizadənin əsərləri səslənəcək. İfaçını beynəlxalq müsabiqələr laureatı, pianoçu Aslan Aslanov müşayiət edəcək.

2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı 

11 Yanvar 2018 09:17

AMEA Mərkəzi Elmi Kitabxanası 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirib. Olaylar.az bildirir ki,  hesabat yığıncağını AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil olunan oxucular da daxil olmaqla bütün göstəricilər üzrə inkişaf etməsini, kitab fondunun əhəmiyyətli dərəcədə zənginləşməsini və daxil olan sənədlərin sistemləşdirmə işinin ən müasir qaydalara uyğun olaraq təkmilləşməsini, AMEA elmi müəssisələrinin kitabxanaları ilə şəbəkə formatında əlaqələrin güclənməsini il üçün uğurlu nəticələrdən hesab edib.  İ.Həbibbəyli AMEA institutlarının kitabxana şəbəkə əməkdaşlarına 2018-ci ildə MEK tərəfindən attestasiyasının keçirilməsi zərurətini bildirib. 

İrandakı iğtişaşlarda iştirak edən 70 nəfər azad edildi

11 Yanvar 2018 09:12

Dekabrın 28-də İranın bir neçə şəhərində baş verən iğtişaşlar zamanı həbs olunanlardan daha 70 nəfəri bu gün azad edilib. Bu barədə İranın Baş prokuroru Abbas Cəfər Dövlətəbadi jurnalistlərə məlumat verib. O bildirib ki, araşdırma zamanı gənclərin aldadılaraq küçələrə çıxarılması müəyyən edilib.

Uşaq rəsm müsabiqəsi

11 Yanvar 2018 09:06

 Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti,  Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunub. Olaylar.az bildirir ki, müsabiqənin yekun sərgisi yanvarın 18 - də   saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. 15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd azadlıq mübarizəsinin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələrini, xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, bayraq və azadlıq eşqini bir daha xatırlamaq, gələcək nəsillərə ötürməkdən ibarətdir.

10 yeni xalça fabriki açılacaq

11 Yanvar 2018 09:01

"On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır". Bunu Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bu da minlərlə iş yeri deməkdir:

“Əl-Qaidə”nin 3 lideri məhv edildi

11 Yanvar 2018 09:00

ABŞ-ın Yəmənə endirdiyi havazərbələri nəticəsində “Ərəb yarımadasında Əl-Qaidə” terror qruplaşmasının 3 lideri məhv edilib. Ötən ilin noyabrında Əl Beydə əyalətində qruplaşmanın rəhbər komitəsinin üzvü Əbu Ömər əl-Sənani, dekabrda isə qruplaşmanın xarici əməliyyatlarının koordinatoru Mikdad Əl-Sənani öldürülüb.

Rusiyalı politoloq Oleq Kuznetsovla görüş

10 Yanvar 2018 20:10

 Azərbaycan Dillər Universitetində  tanınmış rusiyalı politoloq, tarixçi-qafqazşünas Oleq Kuznetsovun iştirakı ilə “Müasir Rusiyada prezident seçkiləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetin Regionşünaslıq, Fəlsəfə və ictimai elmlər, Beynəlxalq münasibətlər kafedralarının professor-müəllim heyəti, həmçinin elmi-tədqiqat laboratoriyalarının əməkdaşları iştirak edib.

Təzə kartof nə ilə faydalıdır?

10 Yanvar 2018 20:05

Mütəxəssislərin fikrinə görə, 3 aydan çox saxlandıqda kartof demək olar bütün faydalı xüsusiyyətlərini itirir və əksinə onun ziyanlı xüsusiyyətləri artır. Bu səbəbdən Avropa ölkələri qışda kartofu isti ölkələrdən alır ki, orada kartof ildə 3 dəfə yığılır. Təbii ki, təzə kartof köhnə kartofla müqayisədə qat-qat faydalıdır.

Qaçışla məşğul olan insanlarda ölüm riski daha azdır

10 Yanvar 2018 19:55

Hər gün idman etmək, qaçışla məşğul olmaq heç şübhəsiz ki, insanın sağlam qalmasına və bir sıra xəstəliklərdən uzaq olmasına böyük həcmdə kömək edir. Ayova Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, qaçışla məşğul olan insanlarda idmanla məşğul olmayan insanlarla müqayisədə vaxtından əvvəl ölümün riski 40% daha azdır.Alimlər sübut edir ki, müntəzəm qaçışla məşğul olan insanlar həyatını 3 il uzadır. Alimlər hətta belə bir formul tərtib edib: 1 saat qaçış həyatı 7 saat uzadır.The Daily Mail xəbər verir ki, alimlər sağlamlıqla bağılı ən yaxşı nəticələri əldə etmək üçün həftədə 4 saat qaçmağı tövsiyə edir.

Yeni “Wi-Fi WPA3” protokolu barədə ilkin məlumatlar dərc olunub

10 Yanvar 2018 19:50

“Wi-Fi Alliance” konsorsiumu “WPA2” məlumat mühafizə protokolunu əvəzləyəcək “WPA3” haqqında ilkin informasiyanı dərc edib.

BMT kosmik aparat buraxacaq

10 Yanvar 2018 19:45

Birləşmiş Millətlər Təşkilatı 2021-ci ilədək ilk pilotsuz kosmik gəminin buraxılışını planlaşdırır. Bu barədə BMT-nin Kosmik Məkan Məsələləri üzrə İdarəsinin direktoru Simonetta di Pippo bildirib.

2020-ci ildə bu şirkətin bütün cihazları süni intellektlə təchiz ediləcək

10 Yanvar 2018 19:40

Cənubi Koreya şirkəti 2020-ci ilədək hər bir cihazına “Bixby” səsli köməkçisini inteqrasiya etməyi planlaşdırır.

“Microsoft” şirkətinin yeni təhlükəsizlik yeniləməsi kompüterləri söndürür

10 Yanvar 2018 19:35

"Microsoft" korporasiyası "Windows" əməliyyat sistemində "Meltdown" və "Spectre" boşluqlarını aradan qaldıran təhlükəsizlik yeniləməsinin yayılmasını dayandırıb. Sözügedən təhlükəsizlik yeniləməsi "AMD" prosessorları quraşdırılmış kompüterlərin sönməsinə səbəb olub.