"Klassik musiqi inciləri" layihəsində - Elina Druxun konserti
Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzinin "Klassik musiqi inciləri" layihəsi çərçivəsində rusiyalı violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elina Druxun konserti keçiriləcək. Olaylar.az bildirir ki, konsertdə İ.S.Baxın,E.Şossonun,P.İ.Çaykovskinin,A.Zeynallının və F.Əlizadənin əsərləri səslənəcək. İfaçını beynəlxalq müsabiqələr laureatı, pianoçu Aslan Aslanov müşayiət edəcək.
11 Yanvar 2018 09:21 MədəniyyətYanvarın 16-da Beynəlxalq Muğam Mərkəzinin "Klassik musiqi inciləri" layihəsi çərçivəsində rusiyalı violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elina Druxun konserti keçiriləcək. Olaylar.az bildirir ki, konsertdə İ.S.Baxın,E.Şossonun,P.İ.Çaykovskinin,A.Zeynallının və F.Əlizadənin əsərləri səslənəcək. İfaçını beynəlxalq müsabiqələr laureatı, pianoçu Aslan Aslanov müşayiət edəcək.
Elina Drux Sankt-Peterburq Konservatoriyasının məzunu, Bayroytedə keçirilən Pasxal festivalının laureatı, Sviridov adına Beynəlxalq müsabiqənin laureatı, Mravinski adına Beynəlxalq festivalın laureatı, "Rusiyanın gənc istedadları" ümumrusiya müsabiqəsinin, Vayman adına Beynəlxalq müsabiqənin, Birinci ümumrusiya müsabiqəsinin, Rahmanınov adına 5-ci beynəlxalq müsabiqənin, Yelski adına 3-cü beynəlxalq müsabiqənin, Bakıda keçirilən respublika müsabiqəsinin qalibidir. Elina Drux Auer adına beynəlxalq müsabiqənin xüsusi prizinə layiq görülmüşdür.
O mütəmadi olaraq Sankt-Peterburq filarmoniyasının böyük və kiçik zallarında, Dövlət Akademik Kapellasında, Konservatoriyanın böyük və kiçik zallarında, Danimarka Mədəniyyət İnstitutunda və başqa yerlərdə çıxış edib.