2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı 

AMEA Mərkəzi Elmi Kitabxanası 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirib. Olaylar.az bildirir ki,  hesabat yığıncağını AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil olunan oxucular da daxil olmaqla bütün göstəricilər üzrə inkişaf etməsini, kitab fondunun əhəmiyyətli dərəcədə zənginləşməsini və daxil olan sənədlərin sistemləşdirmə işinin ən müasir qaydalara uyğun olaraq təkmilləşməsini, AMEA elmi müəssisələrinin kitabxanaları ilə şəbəkə formatında əlaqələrin güclənməsini il üçün uğurlu nəticələrdən hesab edib.  İ.Həbibbəyli AMEA institutlarının kitabxana şəbəkə əməkdaşlarına 2018-ci ildə MEK tərəfindən attestasiyasının keçirilməsi zərurətini bildirib. 

Daha sonra çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova 2017-ci ildə görülən işlərin yekunu ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Çıxışda MEK-in 2017-ci ildə əldə etdiyi mühüm nəticələr, onların 5 illik strateji hədəflər üzərində qurulması, MEK-in imza atdığı və Azərbaycan kitabxana-informasiya məkanında uğuruna nail olduğu ilk təşəbbüslər vurğulanıb.

Vikipediyanın mövqeyinin AMEA institutları və kənar təşkilatlara sistemli şəkildə keçirilmiş təlimlər və təlim sonrası əlaqələndirmə nəticəsində 58-ci pillədən 51-ci pilləyə irəliləməsi və Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın 6-sına MEK oxucusu tərəfindən annotasiya hazırlanması və kitabxana istifadəçilərinə təqdim olunması kimi nəticələr diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31