“Əl-Qaidə”nin 3 lideri məhv edildi
ABŞ-ın Yəmənə endirdiyi havazərbələri nəticəsində “Ərəb yarımadasında Əl-Qaidə” terror qruplaşmasının 3 lideri məhv edilib. Ötən ilin noyabrında Əl Beydə əyalətində qruplaşmanın rəhbər komitəsinin üzvü Əbu Ömər əl-Sənani, dekabrda isə qruplaşmanın xarici əməliyyatlarının koordinatoru Mikdad Əl-Sənani öldürülüb.
11 Yanvar 2018 09:00 DünyaABŞ-ın Yəmənə endirdiyi havazərbələri nəticəsində "Ərəb yarımadasında Əl-Qaidə" terror qruplaşmasının 3 lideri məhv edilib.
Ötən ilin noyabrında Əl Beydə əyalətində qruplaşmanın rəhbər komitəsinin üzvü Əbu Ömər əl-Sənani, dekabrda isə qruplaşmanın xarici əməliyyatlarının koordinatoru Mikdad Əl-Sənani öldürülüb.
Həmçinin dekabrın 19-da qruplaşmada silah, partlayıcı maddə və maliyyə vəsaitlərinin daşınmasına cavabdeh olan Həbib əl-Sənani məhv edilib.