Dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kart təqdim edilib

"SanDisk” şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES” sərgisində dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kart təqdim edib.

"SanDisk" şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən "CES" sərgisində dünyada 1 TB tutuma malik ən kiçikölçülü fləş kart təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, ötən il təqdim edilmiş 2 TB tutuma malik "Kingston DataTraveler Ultimate GT" dünyada ən tutumlu fləş kart hesab edilir. "SanDisk" şirkətinin prototipi 1 TB tutuma malikdir.

Bundan başqa, "SanDisk"in prototipi "USB-C" interfeysinə (halbuki "Kingston" fləş kartında köhnə USB 3.0 texnologiyasından istifadə edilir) malikdir və bu, o deməkdir ki, yeni fləş kart yalnız kompüterlər arasında məlumatların ötürülməsi üçün deyil, həm də, məsələn, "Android" smartfonları arasında istifadə edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31