“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib. Bildirib ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib.

İlham Əliyev: "Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq"

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib. Bildirib ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib. Dövlət başçısı bildirib ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub: "Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır. Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslərə yüksək qiymət verib". Prezident həmçinin ötən ilin iqtisadi göstəricilərini açıqlayıb. Qeyd edib ki, Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur: "2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: "Qeyri-neft sənayesində 3,6 faiz kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb". Prezident qeyd edib ki, ötən il bir çox önəmli layihə icra edilib: "Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir". Dövlət başçısı əlavə edib ki, keçən il infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, elektrik təchizatı yaxşılaşdırılıb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılıb: "Keçən il kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülüb. Bundan əlavə, keçən il 1300 km avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib. İçməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, iki olimpiya kompleksi istifadəyə verilib". Prezident İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərlə bağlı məsələ də həllini tapıb, 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb: "Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Şıxarx qəsəbəsində aparılan quruculuq işləri böyük əhəmiyyət daşıyır". Prezident İlham Əliyev qeyd edib ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır. Bu, Avropa İttifaqının ( Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində də əksini tapıb. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır". Prezident əlavə edib ki, Azərbaycanın hərbi gücü artıb: "Azərbaycan ordusu beynəlxalq reytinqə görə dünyanın ən güclü ordularından biridir". O, növbəti illərdə də bu sahədə tədbirlərin görüləcəyini və yeni silahların alınacağını bildirib. Prezident İlham Əliyev onu da qeyd edib ki, Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyar: "Cənub Qaz Dəhlizinin icrası uğurla təmin edilir. Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatıb, Cənubi Qafqaz Qaz Kəməri 93 faiz, TANAP layihəsi 90 faiz icra edilib. TAP layihəsi ilə bağlı işlər cədvəl üzrə gedir. Açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Artıq bir neçə ölkə bu layihəyə qoşulmaqla bağlı müraciət edib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrası istiqamətində də önəmli addımlar atılıb, İran sərhədinə qədər dəmir yolunun tikintisi təmin edilib". Dövlət başçısı əlavə edib ki, ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar: "İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar . 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması barədə qərar bizim bir daha öz tarixi köklərimizə bağlılığımızı göstərib: "Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq. 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq. Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təşkil ediləcək".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31