Azərbaycan prezidenti: “2018-ci il TANAP-ın icrası, BTQ dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq”
“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. Dövlət başçısı deyib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: “Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək.
10 Yanvar 2018 17:50 Siyasət"Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək". Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Dövlət başçısı deyib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: "Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təşkil ediləcək". Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi. Müstəqil AzərbaycanAzərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bütün bunları nəzərə alaraq, 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan edirəm". Apa.az