Fərdi mühafizə vasitələri FHN-nin laboratoriyalarında yoxlanacaq
Yanvarın 10-da AMEA Rəyasət Heyəti Aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib. Bu barədə AMEA-nın mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri iştirak ediblər.
10 Yanvar 2018 16:35 SosialYanvarın 10-da AMEA Rəyasət Heyəti Aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib. Bu barədə AMEA-nın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri iştirak ediblər. Seminarda şöbənin rəisi Eldar Quliyev 2017-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında Mülki müdafiə və səfərbərlik hazırlığının (hərbi uçotun, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatın hazırlanması) yekunları barədə çıxış edib. Şöbə rəisi hesabatların ümumiləşdirilib təsdiq olunduqdan sonra Nazirlər Kabinetinə göndəriləcəyi barədə məlumat verib. O, daha sonra 2018-ci il üçün təşkilati göstərişlər barədə AMEA prezidentinin 12 dekabr 2017-ci il tarixli 780 nömrəli sərəncamının icrası haqqında danışıb. E.Quliyev elmi müəssisə və təşkilatlarda mülki müdafiə işlərinin Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarı və digər normativ-hüquqi sənədlərlə təşkil edildiyini bildirib. Şöbə rəisi sərəncama əsasən, cari ildə də elmi müəssisə və təşkilatlardakı fərdi mühafizə vasitələrinin Fövqəladə Hallar Nazirliyinin laboratoriyalarında yoxlanışdan keçiriləcəyini bildirib.