"2018-ci ilin “AXC ili" elan edilməsinin tarixi əhəmiyyəti var"

"Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti" ili elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var. Bu addım eyni zamanda ictimaiyyətin də ürəyindəndir". Bunu  tarix elmləri doktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

"Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti" ili elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var. Bu addım eyni zamanda ictimaiyyətin də ürəyindəndir". Bunu  tarix elmləri doktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından söz açan tarixçinin sözlərinə görə, hər kəsə məlumdur ki, xalqımız 1918-ci il mayın 28-də bütün müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan edib və demokratik bir dövlət qurub: "23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olub. Bununla xalqımız Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib".

Deputat bildirib ki, AXC işğal nəticəsində süquta uğrasa da, onun yerində Azərbaycan SSR qurulub: "Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edilib. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi olub. Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlanıb. Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyik yubileyinin keçirilməsi haqqında", "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında" və "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında" sərəncamları mühüm rol oynayıb. Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və digərləri nəşr edilib".

M.Qasımlı qeyd edib ki, görülən işlər heç şübhəsiz, böyük əhəmiyyət daşısa da, tədqiq edilməsini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır: "Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır. Tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti" ili çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayacaq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31