DAA-nın daha iki ölkədə nümayəndəliyi təsis edildi

Bu günlərdə Dünya Azərbaycanlıları Assambleyasının daha iki ölkədə nümayəndəliyi təsis edilib. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla əlqədar DAA prezidenti Rəşad Quliyevin sərəncamı ilə yeni iki nümayəndəliyə rəhbər təyin edilib. Belə ki, Dünya Azərbaycanlıları Assambleyası Türkiyə nümayəndəliyinə rəhbər olaraq Aydan Özkurt Aliyeva, İtaliya nümayəndəliyinə isə rəhbər olaraq Bahar Yusifzadə təyin edilib. Həmçinin təşkilatın maliyyə məsələləri departamentinin rəhbəri Aydin Karaca təyin olunub. Yaxın vaxtlarda isə DAA-nın Amerika Birləşmiş Ştatları , Qətər, Küveyt, Çin təmsilçiliklərinin yaradılacağı gözlənilir.

Bu günlərdə Dünya Azərbaycanlıları Assambleyasının daha iki ölkədə nümayəndəliyi təsis edilib. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bununla əlqədar DAA prezidenti Rəşad Quliyevin sərəncamı ilə yeni iki nümayəndəliyə rəhbər təyin edilib. Belə ki, Dünya Azərbaycanlıları Assambleyası Türkiyə nümayəndəliyinə rəhbər olaraq Aydan Özkurt Aliyeva, İtaliya nümayəndəliyinə isə rəhbər olaraq Bahar Yusifzadə təyin edilib. Həmçinin təşkilatın maliyyə məsələləri departamentinin rəhbəri Aydin Karaca təyin olunub. Yaxın vaxtlarda isə DAA-nın Amerika Birləşmiş Ştatları , Qətər, Küveyt, Çin təmsilçiliklərinin yaradılacağı gözlənilir.

Qeyd edək ki, DAA Türkiyə nümayəndəsi Aydan Özkurt Ankara Böyük Şəhər Bələdiyyəsinin Tibb Mərkəzində baş həkim, Bahar Yusifzadə isə İtaliyanın Milan şəhərində, kardioloq olaraq fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31