Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında anomal soyuqlarla əlaqədar son sutka ərzində 40-dan çox sakin həlak olub. Son bir neçə gün ərzində ölkə ərazisi üçün rekord hesab olunan 8 dərəcəyədək şaxta hökm sürür.

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında anomal soyuqlarla əlaqədar son sutka ərzində 40-dan çox sakin həlak olub. Son bir neçə gün ərzində ölkə ərazisi üçün rekord hesab olunan 8 dərəcəyədək şaxta hökm sürür. Ümumilikdə, yanvarın 5-dən davam edən soyuqlardan 143 nəfər həlak olub. Bildirilir ki, təbiət hadisəsi ilə əlaqədar məktəblərdə dərslər dayandırılır. Kəskin soyuqların yaxın iki gündə davam edəcəyi proqnozlaşdırılır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31