Ermənistanın beynəlxalq aləmdə mövqeləri zəifləyir

Siyasi İnnovasiyalar və Texnonogiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Ötən il dünyada və yerləşdiyimiz coğrafiyada bir sıra mühüm hadisələrin baş verdiyini diqqətə çatdıran SİTM rəhbəri əsas diqqəti Ermənistana yönəldib. Keçən il də İrəvanın əvvəlki illərdə olduğu kimi diplomatiya sahəsində müstəqil siyasət həyata keçirə bilmədiyini deyən Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan yenə də Rusiyanın for-postu olduğunu bir daha ortaya qoyub: “2017–ci il Ermənistan üçün  Rusiya Federasiyasının daha çox təsiri altına düşməsi, süni “uğur yaratma” kampaniyası, Ağdərə faktorunun  yaranması ilə xarakterizə olunur.

Artıq diaspor da Ermənistan dövlətinə inanmır

Siyasi İnnovasiyalar və Texnonogiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Ötən il dünyada və yerləşdiyimiz coğrafiyada bir sıra mühüm hadisələrin baş verdiyini diqqətə çatdıran SİTM rəhbəri əsas diqqəti Ermənistana yönəldib. Keçən il də İrəvanın əvvəlki illərdə olduğu kimi diplomatiya sahəsində müstəqil siyasət həyata keçirə bilmədiyini deyən Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan yenə də Rusiyanın for-postu olduğunu bir daha ortaya qoyub: "2017-ci il Ermənistan üçün  Rusiya Federasiyasının daha çox təsiri altına düşməsi, süni "uğur yaratma" kampaniyası, Ağdərə faktorunun  yaranması ilə xarakterizə olunur. Ötən ildə Ermənistanın bütün vektorlar üzrə siyasətini aktivləşdirməsi onun Rusiyanın təsiri altına düşməsi prosesini daha da sürətləndirdi. İranın qrantları hesabına tikilmiş Mehri və Aqarak şəhərlərinin qazpaylama şəbəkəsini Rusiyanın havayı müsadirə etməsi Moskvanın təkcə İrana deyil, həm də ABŞ və Aİ-yə xəbərdarlığı idi. Hakim elita Serj Sərkisyanın siyasətində süni "uğur yaratma" kampaniyası apardı. Hakimiyyətin Dağlıq Qarabağ məsələsində uğur əldə etdiklərinə müxalifət təmsilçiləri də inanır. 2017-ci il Ermənistanın 2016-ci ildəki itkilərinin legitimləşdirilməsi, Azərbaycanın işğalçılığa qarşı siyasi iradəsinin qətiləşməsi və maddiləşməsi, Ağdərə faktorunun yaranması ili oldu. Eyni zamanda Serj Sərkisyanın siyasəti daha ciddi itkilərin bünövrəsini qoydu". SİTM rəhbəri deyib ki, həmçinin Ermənistanda parlament seçkiləri keçirildi. Onun sözlərinə görə, seçkinin nəticələrinə münasibət siyasiləşmiş münasibətdir: "Aİ siyasi korrupsiya terminini gündəliyə gətirdi. Aİ, ATƏT, ABŞ və digər monitorinq aparan təşkilatlar səslərin alınmasına, əhaliyə zor tətbiq edilməsinə, administrativ resursların istifadəsinə dair təkzibolunmaz məlumatlara malik olduqlarını bildirdilər. Amma eyni zamanda seçkilərin xalqın rəyini ifadə etdiyini bəyan etdilər". Mübariz Əhmədoğlu onu da diqqətə çatdırıb ki, Ermənistanın reytinqlərdə mövqeyi getdikcə zəifləyir. Onun sözlərinə görə, "Freedom House" Ermənistan mətbuatını qeyri-azad ölkələr siyahısına saldı: "İntellektual mülkiyyətin mühafizəsinə görə 5, eləcə də mətbuat azadlığı indeksinə görə də Ermənistan 5 pillə geriləyib.Həmçinin "Şimal-Cənub" avtomobil yolunun tikintisinin 2 il yubanacağını hökumət etiraf etdi. Bu gün Ermənistanda adambaşına 2200 dollar dövlət borcu düşür. Elə bu səbəbdən Ermənistan vətəndaşları müstəqillik gününü daha az həvəslə qeyd edirlər. Səbəb ölkədə ağır sosial və iqtisadi vəziyyətdir. Bununla yanaşı hər milyon nəfərə düşən avtoqəzada ölənlərin sayına görə (114,7) Ermənistan dünyada 3-cü yerdədir. Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyanın "Əgər Stiv Cobs Ermənistanda doğulsaydı, indi o taksi sürərdi"-fikrini daxili vəziyyətin ümumiləşdirilmiş formulu kimi qəbul etmək olar. Həmçinin keçən il Rusiya, Qərb və İranın təsirlərinin Ermənistan üzərində çarpaz kəsişməsi dövrü başladı. Ermənistanın müxtəlif dövlətlər və qurumlar arasında körpü olmaq ideyası açıq şəkildə rədd edildi. Rusiya Federasiyası Ermənistana qarşı siyasi prioritetlərini yeniləndirdi. Əsas aktiv Rusiyadakı imkanlı ermənilərdir. OnlarErmənistana investisiya qoymaq, iqtisadiyyatını dirçəltmək və dirçəlmiş iqtisadiyyatı RF-ə bağlamaq, Ermənistana maraq göstərən iri dövlətlərin şirkətləri ilə əməkdaşlığa girmək və Ermənistan ərazisində birgə layihələr reallaşdırmaqla xarici dövlətlərin bu ölkəni monopoliyaya almasına imkan verməmək üçün çalışırlar". Mərkəz rəhbəri deyib ki, hazırda Rusiya və Ermənistanın rəsmiləri, siyasi elitaları bir-birindən qarşılıqlı narazıdırlar. Ona görə də Ermənistanın AİB-dən çıxması mövzusu xeyli aktuallaşıb: "Xarici ölkələrdəki erməni diasporu müasir Rusiyanın gündəliyinə daxil oldu. Bu ilk olaraq özünü Latın Amerikası dövlətlərində göstərdi. RF və Ermənistan XİN-ləri Şimali Amerika ölkələri ilə əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr apardı. Aİ və Ermənistan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında müqaviləni imzaladılar.Bu müqavilə yaxın vaxtlarda vəziyyəti dəyişə bilməyəcək. Ermənistanın Rusiyadan alçaldıcı asılılığını azalda bilməyəcək. Bütün bunların fonunda Aİ-nin reallaşdırdığı layihələrin korrupsiyaya məruz qaldığı aşkarlandı". Mübariz Əhmədoğlu hesab edir ki, artıq ABŞ Ermənistanda aktivləşir: "Aktivləşmə siyasi, iqtisadi və hərbi sahələri əhatə edir. Səfir R.Millz öz ölkəsinin Ermənistanın energetika sahəsinə 8 milyard dollar investisiya qoymaqla bağlı niyyətini açıqladı. Bu investisiyalar hətta nüvə energetika sahəsini də əhatə edə bilər. Bununla ABŞ üç əsas hədəfə nail olmaq istəyir. Birincisi, Rusiyanın monopol mövqeyini zəiflətmək. İkincisi, Ermənistanı Azərbaycanın imkanları hesabına indiki qiymətlərdən ucuz karbohidrogen məhsulları ilə təmin etmək. Nəhayət, üçüncüsüErmənistanda elektrik enerjisi istehsal edib Türkiyə, Azərbaycan və s. satmaq. Onu da qeyd edim ki, səfir suveren qərarlar qəbul etmək üçün Ermənistan dövlətinə alətlər vermək niyyətində olduğunu bildirdi". ABŞ prezidenti D.Trampın ilk dəfə olaraq 1915-ci il hadisələrinə münasibət bildirdiyinə diqqət çəkən politoloq deyib ki, Ağ Ev rəhbəri də B.Obamanın klişelərindən istifadə etdi: " Amma Türkiyədə törədilən vəhşiliklər barədə ifadələr daha sərt idi. Bununla da "Erməni soyqırımı" məsələsi arxa plana keçdi. Düşünürəm ki, rəsmi Yerevanın iki ümummilli məsələdə ("erməni soyqırımının" və Dağlıq Qarabağın tanınması) mübarizə aparmağa gücü çatmır. Düzdür, Dağlıq Qarabağ məsələsi Ermənistan üçün ən prioritetdir. Bu erməni xarakterinə uyğun haldır. "Erməni soyqırımı" nəzəri-ideoloji məsələdir və az pul cəlb edir. Ancaq Dağlıq Qarabağ məsələsi konkret maddiliklə, ərazilərlə bağlıdır və daha çox maliyyə cəlb etməyə imkan verir. Ermənistan rəhbərliyi həmişə ideologiyanın deyil, maddiyatın yanında olublar". Mübariz Əhmədoğlu ötən il baş tutan VI Ermənistan-Diaspor forumuna diqqət çəkib. Bildirib ki, artıq diaspor Ermənistana inanmır: "Ermənistan diasporda inamı itirib. Çünki diaspor Ermənistan haqqında həqiqəti bilir, Diasporda əksəriyyət Ermənistanda maraqlı deyil. Artıq "diaspor təhlükəyə çevrilir" fikirləri də aktuallaşıb. Onu da qeyd edim ki, bui vaxta qədər xaricdə yaşayan ermənilərin cəmi 10 faizi Ermənistanda olub.

Mərkəz rəhbərinin sözlərinə görə,  2017-ci ildə dünyada gərginlik və dövlətlərarası münasibətlərdə qeyri-müəyyənlik və ABŞ üçün təhdidlərin sayı artıb. O, bildirib ki, keçən il dünyada gərginlik və dövlətlərarası münasibətlərdə qeyri-müəyyənliyin artması ilə xarakterizə olunur: "KXDR və Qətər ətrafında baş verənlər ABŞ üçün təhdidlərin sayını artdı.D.Trampın ABŞ prezidenti olaraq ilk ili həm də ölkənin daxilində çaşqın vəziyyət yaradıb. Prezident D.Tramp seçki kampaniyasındakı namizəd D.Trampdan 180 dərəcə fərqli siyasət apardı. Seçki kampaniyası dövründə Rusiya ilə münasibətləri normallaşdırmağın tərəfdarı kimi çıxış edən D.Tramp, prezident kürsüsündə ABŞ-Rusiya münasibətlərini bütün tarix boyu ən minimuma endirdi. ABŞ-ın siyasi elitası Rusiyanı D.Trampı cəzalandırmaq vasitəsinə çevirdi. Bu zaman kəsiyində həmçinin ABŞ-ın Milli təhlükəsizlik strategiyası açıqlandı. Bu strategiyaya görə RF və ÇXR Amerikanın gücünə, təsirinə və maraqlarına təhlükə yaradırlar və Amerikanın təhlükəsizliyi və çiçəklənməsini dağıtmağa cəhdlər edirlər. Konsepsiyada RF ABŞ-ın Avropadakı müttəfiqlərinə olan inamını azaltmağa yönəlmiş tədbirlərdə və Gürcüstan, Ukraynaya təcavüzdə ittiham edilir. Konsepsiyaya görə RF region dövlətlərinin suverenliyini pozmağa hazır olduğunu nümayiş etdirir, qorxulu davranışı ilə qonşularını qorxutmaqda davam edir. Çinə qarşı isə ABŞ-ın ən böyük iradı intellektual mülkiyyətin oğurlanması sahəsindədir. ABŞ "güc vasitəsilə dünyada sülh qurmaq" doktorinasını əsaslandırdı. D.Trampın qəbul etdiyi hərbi büdcəəvvəlki illərə nisbətən artaraq 692 milyard dollardır. Bunun 4,6 milyardı Rusiyanın təcavüzünün cilovlanmasına yönəlib. ABŞ Avropanın Rusiya qazından asılılığını minimallaşdırmaq istiqamətində tədbirlər reallaşdırmaq niyyətindədir. ABŞ-ın fikrincə, Rusiyadan Avropaya qaz nəqlini dayandırmaq mümkün və arzuolunan deyil". Mübariz Əhmədoğlu deyib ki, Koreya Xalq Demokratik Respublikası keçən il ABŞ üçün ən birbaşa təhlükəyə çevrildi: "KXDR-nın nüvə-raket fəaliyyəti mövzusunda ABŞ-la RF arasında bu müzakirələr intensivləşib. RF hər iki tərəfin razı olduğu halda ABŞ-la KXDR arasında vasitəçiliyini təklif etdi. ABŞ KXDR-in bioloji silaha yiyələnməsindən də narahatdır. Keçən il ABŞ-ın Suriya üzrə siyasəti də paradoksal oldu. D.Tramp Suriyaya avia zərbələr endirdi. Ancaq prezidentliyə namizəd olan D.Tramp o zaman B.Obamanın Suriyadakı müharibə siyasətini tənqid edirdi. Suriya prezidenti B.Əsədin prezidentliyinə münasibət də dəyişkən oldu; Gah B.Əsədi qəbul etmir, gah da Əsədlə tənzimlənmə prosesini sona çatdırmağın mümkünlüyünü bildirir. Ağ Ev rəhbərinin ilk xarici səfəri də kifayət qədər maraqlı və diqqətçəkici oldu. Belə ki, altı müsəlman ölkələrinin vətəndaşlarına ABŞ-a girişi yasaqlayan D.Tramp xaricə ilk səfərini Səudiyyə Ərəbistanına etdi. Səfər zamanı 110 milyard dollarlıq hərbi əməkdaşlıq müqaviləsini imzaladı. Bu bəşər tarixində bir dəfəyə imzalanmış ən böyük məbləğli müqavilədir. Həmçinin Tramp Səudiyyə Ərəbistanında antiİran bəyanatlar verdi. ABŞ prezidenti D.Trampın səfirliyini Qüdsə keçirməklə bağlı qərarı isə beynəlxalq ajiotaj yaratdı və yenidən Fələstin-İsrail arasında qanlı toqquşmalar başlandı. Onu da bildirim ki, Vatikan bu qərarının əleyhinə çıxış etdi və heç bir Avropa dövləti ABŞ-ı dəstəkləmədi. Qüds təkallahçı 3 dinin məskənidir. Qüdsü yəhudilərə aid etməklə ABŞ təkcə müsəlmanların deyil, həm də xristianların marağını inkar etdi". Ağ Ev rəhbərinin xarici səfərlərinə də diqqət çəkən politoloq D.Trampın Çin Xalq Respublikasına səfər etdiyini deyib. Bildirib ki, Tramp ölkəsinin Çinlə uzun illər dostluğa və birgəişə kökləndiyini bildirdi: "ÇXR-in sədri Si Tszipin kooperasiyanı ÇXR-lə ABŞ arasında qarşılıqlı fəaliyyətinin yeganə düzgün forması adlandırdı. İki ölkə arasında 253,4 milyard məbləğində 15 müqavilə imzalandı. Ancaq keçən il onu dam müşahidə etdik ki, ABŞ RF-lə münasibətlərini mütəmadi olaraq gərginləşdirdi. RF-in ABŞ ərazisindəki diplomatik mülkiyyətinin bir qisminə həbs qoyuldu. ABŞ və RF prezidentləri görüşsə də nəinki nəticə vermədi, hətta əks-effekt verdi. ABŞ RF-ə qarşı sanksiyalarını kəmiyyət və keyfiyyət baxımından genişləndirdi. Bu iki fövqəldövlət bir-birinə qarşı hərbi güc nümayiş etdirməkdən də çəkinmədilər". Rusiya ətrafında cərəyan edən proseslərə toxunan mərkəz rəhbəri deyib ki, 2017-ci ildə RF-in xarici siyasəti aktiv və geniş spektrli olub: "Yaxın Şərq Rusiyanın ən çox uğur qazandığı istiqamətdir. Kürd faktorunun gözlənilmədən sıradan çıxması RF-i mürəkkəb vəziyyətə saldı. RF ABŞ qarşısında güzəştəgetməli oldu. V.Putin D.Trampla imzaladığı müqavilədə iki öhdəlik götürdü. Birinicisi, İranı və İrana bağlı qüvvələri Suriya ərazisindən çıxarmaq, ikincisi, Cenevrə formatını Suriya tənzimlənməsi üçün yeganə legitim format kimi qəbul etdi. Bu RF-in Astana formatından imtinası deməkdir. RF ABŞ-ın RƏMS-indən qorxur və öz sərhədlərinə yaxın ərazilərdən THAAD RƏMS-ləri yığışdırmağı tələb etdi. RF ABŞ-ın Alyaska ştatına yaxın beynəlxalq ərazilərində RF bombardmançıları uçuşlar keçirdi ki, bu da ABŞ-ı ciddi narahat etdi. Paralel olaraq Ukrayna və Gürcüstana müdafiə silahları satmaqla bağlı ABŞ-ın qərarı Rusiyada ciddi narahatlıq yaratdı. Bütün bunlarla yanaşı Suriya, Ukrayna, KXDR məsələləri ABŞ və RF prezidentləri və Xİ rəsmiləri arasında ən aktiv müzakirə mövzusu oldu. Suriya və KXDR -in nüvə-raket məsələsində bu iki fövqəldövlətin əməkdaşlıq imkanı yarandı. ABŞ iki dəfə RF ərazisində terror hadisələri törətmək niyyətində olan qruplar barədə məlumat verdi. Nəticədə terror hadisəsinin qarşısı alındı".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31