Ərəb turistin 3 qadınla ölməsi xəbəri haqda AÇIQLAMA

"Ariva" hoteli yanvarın 8-də Bakıda ərəb turistin otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib. Hoteldən bildirilib ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb. Ekspertiza nəticəsində ərəb turistin ürək çatışmazlığından vəfat etdiyi qeyd edilib. Həmçinin, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.

Hotel nümayəndəsi ərəb turistin otağında xanımların olması barədə məlumatı isə təkzib edib: "Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub". Faktla bağlı araşdırmalar davam etdirilir. Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31