Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilib
Dünyanın, eləcə də bölgənin təhlükəsizliyinə böyük töhvə verən Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilməkdədir. Artıq dünyanın təhlükəsizlik problemini həll edə biləcək məsələlər Azərbaycan paytaxtında masa üzərinə qoyulmaqdadır. Məlumat üçün qeyd edək ki, nüfuzlu "BuzzFeed" portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb. Bəs, generalların Bakı görüşünün əhəmiyyəti nədən ibarətdir və niyə generallar görüş üçün məhz Azərbaycan paytaxtını seçiblər?
10 Yanvar 2018 14:37 SiyasətGeneralların görüş üçün Bakını seçmələrinin ciddi səbəbləri var
Dünyanın, eləcə də bölgənin təhlükəsizliyinə böyük töhvə verən Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilməkdədir. Artıq dünyanın təhlükəsizlik problemini həll edə biləcək məsələlər Azərbaycan paytaxtında masa üzərinə qoyulmaqdadır. Məlumat üçün qeyd edək ki, nüfuzlu "BuzzFeed" portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb. Bəs, generalların Bakı görüşünün əhəmiyyəti nədən ibarətdir və niyə generallar görüş üçün məhz Azərbaycan paytaxtını seçiblər?
Xatırladaq ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə görüşüb. Sitasi və hərbi ekspertlər hesab edirlər ki, Azərbaycan paytaxtında Amerika və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü ciddi hadisə hesab olunur. Çünki, generallar görüşdə bu və ya digər lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparıblar. Odur ki, iki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilib. Bu o deməkdir ki, geosiyasi proseslərin dinamikasında daha böyük önəm kəsb etməyə başlayan postsovet məkanı hadisələrin mərkəzinə çevrilə bilər. Eyni zamanda, Qafqaz subregionunda etibarlı və sivil ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqamın regional və qlobal siyasətə, təhlükəsizlik sisteminin formalaşdırılmasına ciddi təsir edəcəyi şübhə doğurmur.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, ötən ilin fevralında ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla da rusiyalı həmkarı Gerasimovla görüş üçün Bakı seçilmişdi: "O zaman bir çoxları bunu təsadüfi saya bilərdilər. Həmçinin 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirmişdi. Bakı heç də təsadüfi olaraq belə danışıqlar üçün seçilmir. Biz burada bir neçə nüansı nəzərə almalıyıq. Bu gün nə üçün məhz Bakı seçilib? İrəvan və yaxud Tiflis deyil? Birinci növbədə Azərbaycanın dövlət başçısı qeyd etdiyimiz mövqelərlə yaxşı əlaqə qura bilib. Azərbaycan prezidentinə inam var. İkincisi isə Bakı nə Rusiyanın vasitəsilə nə Qərbin əleyhinə, nə də ki, Avropanın maraqları konteksində Moskvanın ziyanına forpost kimi nəzərdən keçirilir. Biz belə döyüşlərdə iştirak etmirik. Azərbaycan artıq dərəcədə sülhü təşviq edir. Nəzərə alaq ki, SSRİ-nin dağılmasından sonra bu gün Amerika və Rusiya, yaxud NATO- Rusiya münasibətləri ən aşırı mərhələdədir. Nə üçün rəsmi Brüssel Moskva ilə sərt hərbi dildə danışır? Bunun səbəbləri isə bəllidir. Həm Yaxın Şərqdəki əməliyyatlar, həm Ukrayna böhranı Rusiyanı müxtəlif sərt tədbirlərə məruz qoyub. Rusiyanı 7+1 formatından çıxardılar. Bundan sonra ABŞ ilə diplomatik kommunikasiyaların özü aşağı səviyyəyə düşdü". Deputat deyib ki, ABŞ ilə Rusiya arasında qarşıdurmaların mövcud olduğu vaxtda Bakı bu münasibətlərin həllində rol oynayarsa , çox təqdirəlayiq hadisəyə çevrilər: "Bu, Bakının statusunu artırar. Bakıya siyasi-diplomatik paytaxt adını verər. Azərbaycanın özünün ərazi bütövlüyü problemini yaşayan ölkədir. Biz maraqlıyıq ki, həmin danışıqlar keçmişdə Suriyanın taleyi, Yaxın Şərq bölgəsindəki məlum problemlərin həllində rol oynayırsa, bunun bir sonu Azərbaycana da gəlib çıxsın. Çünki bu gün Rusiya və Amerikanın mövqeyindən Qarabağdakı vəziyyət çox asılıdır. Biz həqiqətən də bu generalların danışıqlarının tam təfərrüatlarını bilmədən ixtiyarımız var düşünək ki, nə zamansa eyni düşüncələr və istəklər bizim ərazi bütövlüyümüz üçün keçiriləcək. Qarabağ danışıqları yüksək hərbi rütbəli şəxslərin arasında da getməlidir". Z. Oruc bu gün Azərbaycanın təhlükəsizlik məkanı kimi tanındığını bildirib: "Burada kimsə danışıqların məxfiliyinə əl uzadılmasını düşünmür. Azərbaycan sülh yaratma xəttini hər zaman həyata keçirib. Bu dövlətimizin geopolitik bir kursudur. Biz Rusiya-Türkiyə, Türkiyə-İsrail arasında bəlli konfliktlər olan zaman da çalışdıq ki, tərəflər bir araya gəlsinlər. Düşünürəm ki, Bakı görüşü NATO və Rusiya arasında gələcək əlaqələrin həllində rol oynayacaq. Yaxud da ki, Yaxın Şərqin taleyi üçün qərara təsir göstərsin. Çünki görüşdən dərhal sonra məsələni həmin generallar ölkələrinin təhlükəsizlik və siyasi rəhbərlərinə məruzə edirlər. Daha sonra isə qərarlar verilir". Z.Oruc görüşdə Suriya, İran ətrafında məsələlərdən bəhs edilməsinin mümkünlüyünü vurğulayıb:"Mənim dərin inamım var ki, ölkə prezidenti hər zaman olduğu kimi bu danışıqlara tribuna kimi yanaşaraq maksimum dərəcədə Azərbaycan mənafelərini həyata keçirməyə səy göstərəcək. Xatirimdədir ki, ötən ilin fevralında ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla ölkə başçısı İlham Əliyev görüş keçirmişdi. Eləcə də Valeri Gerasimovla. Bu dəfə də belə olacağına şübhəmiz yoxdur. Çünki Azərbaycan həm NATO, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir".
Heç şübhəsiz ki, Azərbaycanın paytaxtında belə yüksəksəviyyəli görüşlərin keçirilməsinin kökündə ölkə rəhbərliyinin uzun illərdən bəri apardığı qətiyyətli, əsaslı və müstəqil xarici siyasət kursu dayanır. Dövlət başçısı İlham Əliyev regionun lider dövlətinin prezidenti kimi yeni ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Dünyanın böyük siyasi liderləri etiraf edirlər ki, rəsmi Bakının irəli sürdüyü bu təşəbbüslərin qlobal təhlükəsizliyə və bərabərhüquqlu əməkdaşlığa töhfəsi çox ciddidir. Həmin sırada keçən ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin tarixi görüşünü qeyd etmək olar. Bu hadisə göstərdi ki, Azərbaycan böyük dövlətlərin başçılarının konstruktiv müzakirələrini təşkil edə bilər və nəticə də alınar. Bütün bunlar ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüş üçün Bakını seçmələrinin ciddi səbəblərinin olduğunu göstərir. Azərbaycan dövləti öz təcrübəsi ilə buna layiq olduğunu sübut edib.
Alim