“Nə ixtiyarı var ki, deyir mən sənətkaram” - Xalq artisti Aygün Bəyləri yıxıb-sürüdü - VİDEO
ARB TV-nin "Sayqa ilə Bu axşam" proqramının növbəti qonağı xalq artisti Ceyran Haşımova olub. Xalq artisti Aygün Bəylərin özünə sənətkar deməsini pisləyib. Həmçinin Röya Ayxanın Aygünü məhkəməyə verməsinə də münasibət bildirib: "O zamanlar yatsaq, yuxumuza da girməzdi ki, kimsə kimisə məhkəməyə versinlər.
10 Yanvar 2018 14:03 MədəniyyətARB TV-nin "Sayqa ilə Bu axşam" proqramının növbəti qonağı xalq artisti Ceyran Haşımova olub. Xalq artisti Aygün Bəylərin özünə sənətkar deməsini pisləyib. Həmçinin Röya Ayxanın Aygünü məhkəməyə verməsinə də münasibət bildirib:
"O zamanlar yatsaq, yuxumuza da girməzdi ki, kimsə kimisə məhkəməyə versinlər. O zamanlar sənət var. Dahilər heç özlərinə sənətkar demirdi. Aygün Bəyləri lap uşaqlıqdan tanıyıram. İstedadını inkar etmək olmaz. Musiqi o qədər canına hopub ki, nə danışdığını da bilmir. Onun nə ixtiyarı var ki, çıxıb deyir ki, mən sənətkaram. Sənətkarı xalq deyər. Sənətkarlar heç özləri haqqında danışmırlar".