Gündəm

XIX əsrə aid unikal xalça

10 Yanvar 2018 12:08

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda da XIX əsrə aid unikal Bakı xalçası qorunur. Bakı xalçaçılıq məktəbinə xas olan bu süjetli xalça öz qeyri-adiliyinə görə digərlərindən tamamilə fərqlənir. Xalçanın analoqu hələ ki, yoxdu.

Rusiyadan şok iddia

10 Yanvar 2018 12:07

Rusiya Müdafiə Nazirliyindən Türkiyənin Baş Qərargahına və Milli İstihbarat Təşkilatına (MİT) məktub göndərilib. Məlumata görə, Rusiya Müdafiə Nazirliyindən göndərilmiş məktubda bu ölkənin Suriyadakı hərbi obyektlərini təhdid edən Pilotsuz Uçuş Aparatlarının (PUA) Türkiyənin nəzarət etdiyi zonadan göndərildiyi qeyd olunub.

Nusretin İbrahim Tatlısesi yamsıladığı video izlənmə rekordu qırır

10 Yanvar 2018 12:02

Qısa müddət ərzində sosial şəbəkədə fenomenə çevrilən Nusret bu dəfə də İbrahim Tatlısesi yamsılayaraq, bütün diqqətləri öz üzərinə çəkib. 

Ermənistanda hakimiyyət ciddi böhran keçirir

10 Yanvar 2018 11:57

Ermənistanda ötən ilin sonlarında keçirilən sorğuların nəticələri hakimiyyəti şoka sala biləcək bir nəticə üzə çıxarıb. Bəlli olub ki, əhalinin böyük əksəriyyəti hakimiyyət institutlarından heç birinə etibar etmir - nə prezident, nə hökumət, nə də parlamentə. Hakimiyyətin müxtəlif qanadlarının, eləcə də, digər dövlət və ictimai təşkilatlarının reytinq cədvəli ilə bağlı sualları cavablandıran ekspert Arman Gevorkyan bildirib ki, ölkədə çoxdandır ki, sosioloji sorğuların nəticələri ciddi qəbul olunmur.

Röya ilə Aygünün məhkəməsinin vaxtı bilindi

10 Yanvar 2018 11:51

Əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib. Vəkil Vamiq Şükürovun  verdiyi məlumata görə, iddia ərizəsinə yanvarın 23-də Səbail Rayon Məhkəməsində baxılacaq.  R.Ayxan A.Bəylərin "ARB" telekanalının "Səhər-səhər" verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib. 

Azərbaycan iqtisadiyyatı artacaq - Dünya Bankından PROQNOZ

10 Yanvar 2018 11:49

Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,9 faiz səviyyəsində artacağını proqnozlaşdırır. Bu barədə "Global Economic Prospects" hesabatında deyilir. Ötən ilin iyununda çıxan əvvəlki hesabatda Dünya Bankı ölkə ÜDM-nin cari ildə 0,3 faiz, 2019-cu ildə isə 0,2 faiz artacağını proqnozlaşdırmışdı.

Bu il hansı astronomik hadisələrin şahidi olacağıq?

10 Yanvar 2018 11:48

2018-ci ildə Yer kürəsinin sakinləri bir neçə astronomik hadisənin şahidi olacaq. Bu il iki tam ay tutulması və 3 qismən günəş tutulması müşahidə olunacaq. İlin ilk ay tutulması yanvarın 31-də baş verəcək. Qeyd edək ki, yanvarın 2-də isə artıq "Superay" müşahidə olunub. Növbəti ay tutulmasının iyul ayında baş verəcəyi deyilib. Günəş tutulmalarına gəlincə, bu astronomik hadisə 2018-ci ildə fevral, iyul və avqust aylarında baş verəcək.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10 Yanvar 2018 11:45

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Tuba Büyüküstünün sevgilisi haqqında dəhşətli İDDİALAR ÜZƏ ÇIXDI

10 Yanvar 2018 11:43

Tuba Büyüküstünün sevgilisi Ümid Evirgenə aid olan “Gizli Qalsın” klubunun işçiləri qonaqları döyüb. Sözügedən məkanda tez-tez xoşagəlməz hadisələr olur. O məkanda bu yaxınlarda "Qalatasaray" idman klubunun keçmiş idarəçilərindən biri Haldun Üstünelin qardaşı oğlu Ömər Üstünel döyülüb.

Akkreditasiya komissiyasının üzvləri üçün təlim keçirilib

10 Yanvar 2018 11:41

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə 2017-2018-ci tədris ilində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin akkreditasiya komissiyalarının sədr və sədr müavinləri üçün təlim keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, təlimin məqsədi akkreditasiya prosesinin təkmilləşdirilməsi və komissiya üzvlərinin professional bacarıqlarının artırılmasına dəstək göstərməkdir. Simulyasiya formatında təşkil olunan təlim zamanı ekspertlər özünütəhlil hesabatı nümunələri ilə tanış olub, müsahibələrin keçirilməsi üzərində qrup tapşırıqları yerinə yetiriblər.  

Nazarbayev Trampla görüşəcək

10 Yanvar 2018 11:40

Qazaxıstan prezidenti Nursulatan Nazarbayev yanvarın 16 – da Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Olaylar.az bildirir ki, görüş zamanı ikitərəfli və regional əlaqələrin möhkəmlənməsi, ABŞ və Qazaxıstan arasındakı təhlükəsizlik siyasəti ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Memorandum of Understanding signed between Azerbaijan National Library and the UCLA Library

10 Yanvar 2018 11:39

Memorandum of Understanding between the Azerbaijan National Library (ANL) and the UCLA Library, one of the top ten public academic libraries in North America, was signed at the UCLA Library on January 9, 2018. The document was signed by the Director of ANL Dr. Karim Tahirov and Virginia Steel, UCLA Norman and Armena Powell University Librarian.

Milli Kitabxana ilə Los Anceles Universiteti Kitabxanası arasında Anlaşma Memorandumu imzalandı

10 Yanvar 2018 11:38

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin  kitabxanasında  Azərbaycan Milli Kitabxanası ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Olaylar.az bildirir ki, Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.

6 saylı avtobusun hərəkət sxemi dəyişdi

10 Yanvar 2018 11:36

6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

Cem Yılmazın başı bəlada

10 Yanvar 2018 11:37

 “Arif V 2016”  filmi tamaşaçılara təqdim edildiyi ilk günlərdə məhkəməlik olub. Olaylar.az  bildirir ki, professor doktor Orhan Kural filmdə tütün, nakotik vaistələrinin təbliğ olunması iddiası ilə məşhur aktyor Cem Yılmazı məhkəməyə verib. Professor iddia edir ki, o bu barədə dəfələrlə aktyora xəbərdarlıq edib.