Röya ilə Aygünün məhkəməsinin vaxtı bilindi
Əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib. Vəkil Vamiq Şükürovun verdiyi məlumata görə, iddia ərizəsinə yanvarın 23-də Səbail Rayon Məhkəməsində baxılacaq. R.Ayxan A.Bəylərin "ARB" telekanalının "Səhər-səhər" verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
10 Yanvar 2018 11:51 MədəniyyətƏməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib. Vəkil Vamiq Şükürovun verdiyi məlumata görə, iddia ərizəsinə yanvarın 23-də Səbail Rayon Məhkəməsində baxılacaq. R.Ayxan A.Bəylərin "ARB" telekanalının "Səhər-səhər" verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
R.Ayxan həmkarından 50 min manat təzminat və A.Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir. Apa.az