Milli Kitabxana ilə Los Anceles Universiteti Kitabxanası arasında Anlaşma Memorandumu imzalandı

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin  kitabxanasında  Azərbaycan Milli Kitabxanası ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Olaylar.az bildirir ki, Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin  kitabxanasında  Azərbaycan Milli Kitabxanası ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Olaylar.az bildirir ki, Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.

İlk öncə çıxış edən UCLA Kitabxanasının Yəhudi, Yaxın Şərq və Mərkəzi Asiya üzrə əməkdaşı Deyvid Hörş  Azərbaycana səfərləri və bu səfərlər müddətində ölkəmizdə kitabxanaçılığın inkişafı barədə əldə etdiyi təəssüratlarını bölüşərək, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov AMK ilə UCLA Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib.

Sonda çıxış edən UCLA Kitabxanasının direktoru Virciniya Stil Azərbaycan Milli Kitabxanasının UCLA kitabxanasının beynəlxalq tərəfdaşlarından birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək, bu gün UCLA Kitabxanasının Azərbaycan Milli Kitabxanasının ABŞ-da rəsmi əməkdaşlığa başladığı ilk universitet kitabxanası olduğunu qeyd edib və bu tarixi mərasimdə iştirakından məmnun olduğunu bildirib. Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti və uğurlarını əks etdirən qısa film nümayiş etdirilib. Daha sonra iki kitabxana arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və UCLA Kitabxanasının direktoru Virciniya Stil imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31