XIX əsrə aid unikal xalça

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda da XIX əsrə aid unikal Bakı xalçası qorunur. Bakı xalçaçılıq məktəbinə xas olan bu süjetli xalça öz qeyri-adiliyinə görə digərlərindən tamamilə fərqlənir. Xalçanın analoqu hələ ki, yoxdu.

Üzərində təsvir olunan süjeti və ornamentləri ilə bu xalça tariximizin keçmiş səhifələrindən geniş məlumat vermək üçün bir mənbə rolunu oynayır. Məhz bu cəhəti onun unikal xalça hesab olunmasına imkan verir. Xalça bütövlükdə xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini, mifik dünyagörüşünü özündə əks etdirən etnoqrafik bir əsərdir və öz tədqiqatçılarını gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31