Xaçmazda yeni avtomobil yolu inşa edilir

Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən dərhal təmir-tikinti işlərinə start verilib.

Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən dərhal təmir-tikinti işlərinə start verilib. "OLAYLAR"-a Agentliyin mətbuat xidmətindən bildirilib ki, yenidən qurulan və 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 km təşkil edir. Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Hazırda tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görüləcək. Ümumilikdə yolun 170 min m2-də çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31