Gündəm

Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qısmən məhdudlaşdırılır

12 Yanvar 2018 13:09

Paytaxtın Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması aparılacaq təmir işləri ilə əlaqədardır.

Havalar KƏSKİN SOYUYACAQ- XƏBƏRDARLIQ

12 Yanvar 2018 13:05

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Putinin ətrafındakı 300 nəfərə AĞIR ZƏRBƏ: 17 gün qaldı

12 Yanvar 2018 13:00

ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. “Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə elan ediləcək”, - Mnuçin deyib. 

"“Murdar” ölkələrdən gələn immiqrantlar bizə lazım deyil” - Tramp

12 Yanvar 2018 12:56

ABŞ Haitidən və “murdar” Afrika ölkələrindən gələn immiqrantları deyil, Norveç kimi ölkələrdən olan immiqrantları qəbul etməlidir.  Bunu ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasından və Respublikaçılar Partiyasından olan konqresmenlərlə görüşündə deyib.  Ağ ev Trampın belə sözlər işlətdiyini inkar etməyib: “Vaşinqtondakı bəzi siyasətçilər digər ölkələrin maraqları uğrunda mübarizə aparmağa üstünlük verirlər, amma prezident Amerika xalqının maraqları uğrunda həmişə mübarizə aparacaq”.

Orfoqrafiya lüğətinə yeni təkliflər - Siyahı

12 Yanvar 2018 12:55

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Usubov bu polis bölməsinin rəisini dəyişdi

12 Yanvar 2018 12:52

Bakıda polis bölməsinin rəisi dəyişdirilib. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Мüdafiə Nazirliyindən sərt reaksiya — Düşmən dəyirmanına su tökmək kifayətdir!

12 Yanvar 2018 12:46

“Xəzər” hərbi tədqiqatlar institutu adlandıran “qurum”un növbəti qərəzli statistikasına Müdafiə Nazirliyi tərəfindən açıqlama verilib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdən kənarda yerləşən və Silahlı Qüvvələrə qarşı daim qərəzli mövqeyi ilə seçilən bəzi internet resursları 1 nəfərdən ibarət olan “Xəzər” hərbi tədqiqatlar institutu adlandıran bir “qurum”un növbəti dəfə Azərbaycan Ordusu haqqında hazırladığı qərəzli “statistika”sını tirajlayıb. 

İrəvanda generalların gizli görüşü: Müdafiə naziri yola salınır

12 Yanvar 2018 12:39

Ermənistanın yüksək hərbi dairələri yeni hökumətdə yeni müdafiə naziri görmək istəyirlər. Artıq hakim Respublika Partiyasında müdafiə nazirinin istefaya göndərilməsi müzakirə mövzusudur.

Ya ailə, ya da iş... - İlk övladını dünyaya gətirən qadınların yaş həddi ARTIR  

12 Yanvar 2018 12:35

Dünyada iş qadınları arasında ilk övladın gec dünyaya gətirilməsi halları geniş yayılıb. Əksər  qadınlar erkən yaşda evlənsələr  də, uzun illər uşaq dünyaya gətirmirlər. Bəzən hamiləliklərin gecikməsinin tibbi səbəblərlə bağlı olmasına baxmayaraq, bu, əksər qadınların şəxsi seçimidir.

Baş nazirdən orta ixtisas təhsili ilə bağlı- dəyişiklik

12 Yanvar 2018 12:33

“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edilib. Nazirlər Kabinetinin qərarı ilə tələbələrin bir semestrdə götürdüyü kreditlərin sayı 40-a qədər artırılıb.

Kim Çen In: “Sanksiyaları 100 il uzatsalar da, bizə ziyanı yoxdur”

12 Yanvar 2018 12:31

Şimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı sanksiyaların 10 yaxud 100 il uzadılmasının ciddi problem yaratmayacağını deyib. O, ölkəsinin hadisələrin istənilən cür inkişafına hazır olduğunu vurğulayıb.

Xameneinin əsas varisi Almaniyadan qaçdı

12 Yanvar 2018 12:28

İranın Məhkəmə Sisteminin keçmiş rəhbəri Mahmud Haşemi Şahrudi Almaniyanı tərk edib. Bu barədə informasiyanı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet Şahrudinin Almaniyanı ona qarşı federal prokurorluq tərəfindən ittiham aktı irəli sürüldükdən sonra tərk etdiyini bildirib. Şahrudinin ölkədən “İran Eyr” aviaşirkətinin təyyarəsi ilə qaçdığı vurğulanıb.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

12 Yanvar 2018 12:26

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.

Ermənilər işğal olunmuş ərazilərimizi reklam edib qazanc götürür

12 Yanvar 2018 12:23

Ermənistanın turizm şirkətlərindən biri Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik ərazilərindən fotoşəkillər yayıb.

Əsədin arvadı erməniləri ziyarət etdi

12 Yanvar 2018 12:21

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma əl Əsəd “Erebuni” Suriya Ermənilərinə Xaç Yardımı təşkilatının Dəməşq filialını ziyarət edib. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. O, görüş zamanı xeyriyyə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.