Gündəm

Ölkəmizin inkişafını həzm edə bilməyən antimilli ünsürlər

12 Yanvar 2018 13:47

Son illərdə radikal düşərgə liderlərinin xeyir-duası və əməyi sayəsində daha yaxşı həyat tərzi üçün Avropaya üz tutan bəzi milli ünsürlər əldə etdikləri xoş güzəran qarşılığında Azərbaycana qarşı aparılan kampaniyanın əsəs elementlərindən birinə çevriliblər. Bu kimi şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkələrdə Azərbaycanın nüfuzuna, beynəlxalq aləmdəki mövqeyinə xələl gətirə biləcək fikirlər, ifadələr yer alır, paylaşımlar edilir.

Lənkəranda mikroavtobus aşdı - 10 sərnişin xəsarət aldı- YENİLƏNİB

12 Yanvar 2018 13:35

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədovun  verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib.

Türkiyə XİN-dən çağırış: ABŞ-a getməyin!

12 Yanvar 2018 13:33

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-a səfər edən vətəndaşlara xəbərdarlıq edib.  Türkiyə XİN son vaxtlarABŞ-da sürətlə artan terror, təcavüz, silahlı hücumlarla əlaqədar vətəndaşları bu ölkəyə mümkün qədər səfər etməməyə, gedəcəkləri halda ehtiyatlı olmağa çağırıb.

İraq türkmənləri qəzaya düşdü: 9 ölü, 28 yaralı

12 Yanvar 2018 13:32

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda İraq vətəndaşlarını daşıyan avtobus aşıb. Qəza nəticəsində 3-ü uşaq olmaqla 9 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Təyyarə radarlardan itdi - Səmada həyacanlı anlar

12 Yanvar 2018 13:30

Fransanın Lion şəhərində  həyəcanlı dəqiqələr yaşanılıb. Əlcəzairdən Fransanın Lion şəhərinə istiqamətlənən Air-Algeria havayollarına məxsus  Boinq -707 təyyarəsi ilə rabitə əlaqələri gözlənilmədən tamamilə kəsilib. Təyyarə radar ekranlarından itməsədə dispetçer xidmətinin çağırışlarına və suallarına cavab verilməyib.

Paytaxtda silahlı şəxs saxlanıb

12 Yanvar 2018 13:29

Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Bakıda quldurluq edənlər ələ keçdilər

12 Yanvar 2018 13:28

Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib.

Azərbaycanlı rəssam 14-cü Beynəlxalq Karikatura Festivalında

12 Yanvar 2018 13:29

Rəssam Soltan Soltanlı Suriyada ənənəvi olaraq keçirilən 14-cü Beynəlxalq Karikatura Festivalında ölkəmizi təmsil edir. Bu haqda Olaylar.az - a məlumat verən rəssam bildirib ki, festivalın builki mövzusu ”Musiqi və həyat”dır.

Xırdalanda yataqxanada yanğın- 17 nəfər təxliyyə edilib

12 Yanvar 2018 13:26

Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Azərbaycan Ordusunun şəxsi heyətinə dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir

12 Yanvar 2018 13:25

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.

Erməni hakim elitasında həyasızlıq və savadsızlıq

12 Yanvar 2018 13:24

Ermənistan parlamentinin vitse-spikeri, hakim Pespublika Partiyasının mətbuat xidmətinin rəhbəri E.Şarmazanovun son fikirləri həyasızlıq, savadsızlıq və yalanın erməni hakim elitasında simbioz yaşadığının göstəricisidir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Mübariz Əhmədoğlu səsləndirib.

Arvadı kənddən Bakıya gəlib bacısının sevgilisi ilə “yatdı”...

12 Yanvar 2018 13:23

Yevlax şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Həsən Həsənovun arvadı Şəhanə İsmayılova təxminən bir ay əvvəl Bakı şəhərinə gedərək müvəqqəti olaraq bacısı ilə birlikdə yaşayıb.

Ölkəyə qaçaqmalçılıq yolu ilə nərə balığı gətirilməsinin qarşısı alınıb

12 Yanvar 2018 13:18

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. DGK-dan “Olaylar”a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99 LF 021/05 ZA 006 nömrə nişanlı “Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Gömrük Komitəsindən işlənmiş təkərlərlə bağlı açıqlama

12 Yanvar 2018 13:17

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarına əsasən, 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.

"Arabian dance club" un ictimai asayişi pozan gecə həyatı

12 Yanvar 2018 13:12

Paytaxtın Üzeyir Hacıbəyov 4 ünvanında, zirzəmidə yerləşən "Arabian dance club" adlı barın gecə fəaliyyəti ətrafda yaşayan sakinləri cana yığıb. Bu barədə “OLAYLAR”- a məlumat verən həmin binanın sakinlərindən biri qeyd edib ki, dəfələrlə sakinlərin irad bildirməsinə baxmayaraq obyektin rəhbərliyi etirazlara məhəl qoymayıb.