Lənkəranda mikroavtobus aşdı - 10 sərnişin xəsarət aldı- YENİLƏNİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədovun  verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədovun  verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib. "Təxminən yarım saat əvvəl onlar xəstəxanaya çatdırılıb. Onlar müxtəlif dərəcəli travma alıblar. Hazırda xəstələrə lazımı tibbi yardım göstərilib. Bundan sonar xəstələrin müalicələrini stasionar, yoxsa evdə davam etdirmələri barədə qərar veriləcək". Publika.az

*** 

Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb.

Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub. Zərbənin gücündən sərnişin mikroavtobusu yolun kənarına aşıb.

Hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Rzayeva Samirə, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rzayev Rəşad ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31