"Arabian dance club" un ictimai asayişi pozan gecə həyatı

Paytaxtın Üzeyir Hacıbəyov 4 ünvanında, zirzəmidə yerləşən "Arabian dance club" adlı barın gecə fəaliyyəti ətrafda yaşayan sakinləri cana yığıb. Bu barədə “OLAYLAR”- a məlumat verən həmin binanın sakinlərindən biri qeyd edib ki, dəfələrlə sakinlərin irad bildirməsinə baxmayaraq obyektin rəhbərliyi etirazlara məhəl qoymayıb.

Paytaxtın Üzeyir Hacıbəyov 4 ünvanında, zirzəmidə yerləşən "Arabian dance club" adlı barın gecə fəaliyyəti ətrafda yaşayan sakinləri cana yığıb. Bu barədə "OLAYLAR"- a məlumat verən həmin binanın sakinlərindən biri qeyd edib ki, dəfələrlə sakinlərin irad bildirməsinə baxmayaraq obyektin rəhbərliyi etirazlara məhəl qoymayıb. Gecələr bardan ətrafa yayılan musiqi sədaları ictimai asayişi pozmaqla bərabər, sakinlərin istirahət hüququnu da kobud şəkildə pozur. Bildirilir ki, barın Türkiyə Cümhuriyyəti vətəndaşı olan sahibinə heç kim bacara bilmir: "Zirzəminin üstündəki binada və yaxındakı digər yaşayış sahələrində yaşayanlar gecə əyləncə klubu işlətməçisinin yaratdığı səs-küyün və vibrasiyanın əlindən beziblər. DİN, yerli icra qurumları bir barın öhdəsindən gələ bilmirlər. Bəxtimizdəndir, nədir ölkəmizə gələn xarici iş adamları da xalqın qəsdinə durmaqda mahirdirlər. Hətta Bakıya gələn turistlərin əksəriyyəti də təəssüf ki, bu bar işlətməçisi kafasında olanlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31