Ölkəmizin inkişafını həzm edə bilməyən antimilli ünsürlər
Son illərdə radikal düşərgə liderlərinin xeyir-duası və əməyi sayəsində daha yaxşı həyat tərzi üçün Avropaya üz tutan bəzi milli ünsürlər əldə etdikləri xoş güzəran qarşılığında Azərbaycana qarşı aparılan kampaniyanın əsəs elementlərindən birinə çevriliblər. Bu kimi şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkələrdə Azərbaycanın nüfuzuna, beynəlxalq aləmdəki mövqeyinə xələl gətirə biləcək fikirlər, ifadələr yer alır, paylaşımlar edilir.
12 Yanvar 2018 13:47 SosialƏkrəm Həsənov: "Azərbaycanda ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin müsbət istiqamətdə yüksəldilməsi faktını inkar etmək ən azından nankrorluq olar"
Son illərdə radikal düşərgə liderlərinin xeyir-duası və əməyi sayəsində daha yaxşı həyat tərzi üçün Avropaya üz tutan bəzi milli ünsürlər əldə etdikləri xoş güzəran qarşılığında Azərbaycana qarşı aparılan kampaniyanın əsəs elementlərindən birinə çevriliblər. Bu kimi şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkələrdə Azərbaycanın nüfuzuna, beynəlxalq aləmdəki mövqeyinə xələl gətirə biləcək fikirlər, ifadələr yer alır, paylaşımlar edilir. Hazırda daha çox diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Avropadakı antimilli ünsürlərə ölkəmizin iqtisadi və sosial həyatı barədə mənfi rəy formalaşdırmaq barədə təlimat verilib. Guya burada insanlar tamamilə yoxsul vəziyyətdə yaşayır və işsizlik ciddi problem olaraq qalır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov antimilli ünsürlərin bu fəaliyyətini kəskin şəkildə tənqid etməklə yanaşı bildirib ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin müsbət istiqamətdə yüksəldilməsi faktını inkar etmək ən azından nankrorluq olar. Onun sözlərinə görə, əhalinin sosial müdafiəsinin gücləndirildiyini göstərən mühüm faktlar və statistikaya baxanda görürük ki, xaricdə oturub düşmənlərimizə işləyən bəzi nankorlar yanılırlar: "Onların nəzərinə aşağıdakıları çatdırırıq.Birincisi, hazırda ölkəmizdə 1 milyon 325 minə yaxın pensiyaçı 720 minə yaxın sosial müavinət, 4 yüz minə yaxın ailə üzvü sosial yardım alır. Əhaliyə verilən pensiyanın strukturunda dəyişikliklər baş verib. Əgər əvvəllər pensiya baza və sığorta hissəsindən ibarət idisə, hazırda yalnız sığorta hissəsindən ibarətdir. Əvvəllər vətəndaşın sığortaolunan kimi ödədiyi vəsaitin 50 faizi pensiya təminatında nəzərə alınırdısa, indi artıq tam məbləğ olaraq ödənilən sığorta haqları onun pensiya təminatında nəzərə alınır. Bu, pensiya məbləğinin ödənilən sığorta haqlarından tam asılı olması deməkdir. Bütün bunlar əməkhaqqının yüksəlməsinə və sığorta haqlarının ödənilməsinin stimullaşmasına xidmət edir. Pensiyanın strukturunun dəyişdirilməsi onun tam indeksləşdirilməsinə əsas verir. Pensiyanın tam məbləğdə indeksləşdirilməsi daha çox artım verir. Mövcud qanunvericiliyə görə, orta aylıq əməkhaqqının artım səviyyəsinə uyğun olaraq bu ilin yanvarından pensiyanın bütün məbləği orta aylıq əməkhaqqının artım səviyyəsinə uyğun olaraq indeksləşdiriləcəkdir".
Əkrəm Həsənov qeyd edib ki, digər tərəfdən hazırda 150 min nəfərdən artıq işləyən pensiyaçı var: "Əvvəllər onlar ödədikləri sosial sığorta haqqını pensiya təminatlarında hiss etmirdilər, onlar bunu yalnız əmək fəaliyyətini dayandırdıqdan sonra hiss edə bilərdilər. Qanunvericilikdə edilən dəyişikliklər isə 6 ildən bir həmin hüququ onlara verir. Elə pensiyalar var ki, həmin dəyişiklikdən sonra iki dəfə artır. Əvvəllər əlilliyi olan və işləyən şəxslər pensiyanın yalnız bir hissəsini-baza hissəsini alır, sığorta hissəsini ala bilmirdilər. Dəyişikliklərdən sonra onlar pensiyanın tam məbləğini almaq imkanı əldə etmişlər. Digər bir dəyişiklik əlavə pensiya təminatı yaranması hüququnun formalaşması ilə əlaqədardır. Yeni pensiya sistemində fərdi şəxsi hesabları olan pensiyaçılar üçün də daha münasib dəyişikliklər var. Yaşa görə orta aylıq pensiyanın məbləği ilin əvvəlinə nisbətən təxminən 8 faiz artdığını müşahidə etmək olar. Üçüncüsü, əvvəllər sosial yardımın təyin olunması üçün ailənin gəlir və xərclərinə dair məlumatların əldə edilməsi üçün vətəndaşlar xeyli əziyyətə qatlaşmalı olurdular, indi elektron informasiya sisteminin tətbiq olunmağı bu məlumatları tam rahatlıqla əldə etməyə imkan verir. Həyata keçirilən məşğulluq tədbirləri nəticəsində ünvanlı sosial yardım alanların sayında azalma müşahidə edilir". Natiq qeyd edib ki, ötən ilin yanvarında 159,5 min ailə həmin proqrama müraciət etmişdisə, dekabrda həmin göstərici 50 faiz azalıb: "Bu, ilk növbədə, qeyri-neft sektorunun, kənd təsərrüfatının, sahibkarlığın inkişafı, həyata keçirilən məşğulluq proqramlarının nəticəsində mümkün olmuşdur. Növbəti ildə də ailənin tərkibində əmək qabiliyyətli şəxs varsa, onun məşğulluğunun təmin edilməsi hesabına ünvanlı sosial yardım alanların sayının daha da azalması gözlənilir. Ünvanlı sosial yardımın məbləğində də dəyişiklik var. Həmin yardımın təyin edilməsində əsas göstəricilərdən biri də ehtiyac meyarıdır. Ehtiyac meyarının 116 manatdan 130 manata qaldırılması ilə əlaqədar olaraq dövlət sosial yardımının təyinatında həmin məbləğ nəzərə alınacaqdır".
Məhəmməd