Azərbaycanlı rəssam 14-cü Beynəlxalq Karikatura Festivalında
Rəssam Soltan Soltanlı Suriyada ənənəvi olaraq keçirilən 14-cü Beynəlxalq Karikatura Festivalında ölkəmizi təmsil edir. Bu haqda Olaylar.az - a məlumat verən rəssam bildirib ki, festivalın builki mövzusu ”Musiqi və həyat”dır.
12 Yanvar 2018 13:29 MədəniyyətRəssam Soltan Soltanlı Suriyada ənənəvi olaraq keçirilən 14-cü Beynəlxalq Karikatura Festivalında ölkəmizi təmsil edir. Bu haqda Olaylar.az - a məlumat verən rəssam bildirib ki, festivalın builki mövzusu "Musiqi və həyat"dır.
Rəssam Soltan Soltanlı festivala iki əsərlə qatılıb. Ötən il həmin yarışmada Soltan Soltanlının "At kimindir" əsəri seçilən yüz əsərlə birgə kataloqa daxil edilib. Rəssamın festivala təqdim etdiyi növbəti əsəri "Musiqiçi" adlanır.
Qeyd edək ki, yarışmada əsərlər beynəlxalq juri tərəfindən seçilir.
Olaylar.az Soltan Soltanlının ötən il və bu il Suriyada keçirilən Beynəlxalq Karikatura Festivalındakı əsərlərini təqdim edir:

