Gündəm

Orfoqrafiya Komissiyası: Yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq

12 Yanvar 2018 14:24

“Alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.

Anjey Kaspşik 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub

12 Yanvar 2018 14:23

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağmünaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb. Məlumata görə, bu barədə müvafiq qərar ATƏTDaimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb. Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

ABŞ rəsmisi: "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün ümidverici işarələrini nəzərə almalıyıq"

12 Yanvar 2018 14:22

“Biz sizi Minsk qrupunun sülh yolu ilə və davamlı həlli tapmaq istiqamətindəki səylərinə dəstək olması üçün Dağlıq Qarabağmünaqişəsi ilə bağlı şəxsi nümayəndəniz və onun missiyasına tam dəstək göstərməyə çağırırıq”.

Estetik əməliyyatla tanınmaz hala düşən Xalq artistindən SƏRT SÖZLƏR: "Axı kimin..." - VİDEO

12 Yanvar 2018 14:10

Xalq artisti Amaliya Pənəhova bütün estetik əməliyyatları sənəti və tamaşaçıları üçün etdiyini deyib. ARB TV-nin "Günə son" verilişinin qonağı olan Xalq artisti Amaliya Pənahova maraqlı açıqlamalar verib: "Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Dişlərini düzəltdirən insanlara deyirsiniz ki, niyə etmisən? Axı kimin nə ixtiyarı var ki, müəllimə, ictimai xadimə, aktyora üzünə nə etmisən desin? Bəyənmirsənsə, baxma, üzünü çevir".

Qonşu ölkələrdə ÖLÜMCÜL VİRUS: Azərbaycan təhlükədədirmi?

12 Yanvar 2018 14:08

Ukraynanın iri şəhərlərində qızılca xəstəliyi yayılıb. Təkcə son 11 gündə paytaxt Kiyevdə 66 nəfər qızılca xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib ki, onlardan 55-i uşaqdır. Belqorod-Dnestrov rayonunda 5 yaşlı uşaq bu xəstəlikdən ölüb. Odur ki, artıq kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılıb.

Bir daha məscidə getsəniz öləcəksiniz

12 Yanvar 2018 14:05

Hollandiyanın Zaandam şəhərində türk ailələri məktubla təhdid edilib. Hollandiya mətbuatında yayılan xəbərə görə qonşuluqda yaşayan iki türk ailənin evindən xaça bükülmüş, müsəlmanların təhqir edildiyi məktub tapılıb.  Məktubda "Bir daha məscidə getsəniz öləcəksiniz", "Xərçəng müsəlmanlar, gəbərin" kimi təhqir və təhdid dolu ifadələr yazılıb.

Rusiya TV-də Azərbaycan məhsullarının reklamına 50 milyondan çox baxılıb

12 Yanvar 2018 14:03

Rusiya televiziyasında Azərbaycan məhsullarının reklamı 50 milyondan çox baxış sayı yığıb. Bunu İxracatçılar Klubunun "Made in Azerbaijan" brendinin loqosunun təqdimatına həsr olunmuş iclasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Cavanşir Məmmədovdan ŞOK AÇIQLAMA

12 Yanvar 2018 14:02

Mən rəhmətə gedəndə çox müğənni nəzir-niyaz edəcək. Bir də gəlib baxacaq görək bunu qəbirə qoydular, ya yox!

Ərzaq malları bir ildə 16,4 faiz bahalaşıb

12 Yanvar 2018 14:00

2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb. Bu barədə “Olaylar”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Partiya sədrindən müxalifətə irad

12 Yanvar 2018 13:57

Məlum olduğu kimi bu il ölkədə seçki ili olsa da, lakin siyasi çevrələrdə o qədər də fəallıq, aktivlik nümayiş edilmir. Hətta əksəriyyət partiyalar belə prezident seçkilərində iştirak edib-etməyəcəyini belə müəyyənləşdirməyib. Məsələn, radikal siyasi düşərgə kimi tanıdığımız Müsavat Partiyası və Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasında seçki ab=havası müşahidə edilmir. Yaxud əsasən cəbhəçilərdən ibarət olan Milli Şuranın seçki ilə bağlı heç bir aktivliyi nəzərə çarpmır. Yalnız bir neçə partiya seçkidə iştirak barədə mövqe bildirib ki, onlar da prosesi rəsmiləşdirməyiblər.

Azərbaycanın dünya səviyyəsində tanıdılması istiqamətində atılan mühüm addım

12 Yanvar 2018 13:56

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Məhəmməd Bin Salman stereotipləri yıxa biləcəkmi?

12 Yanvar 2018 13:55

Orta Şərqdə siyasətçilərin diqqət mərkəzində olan mövzulardan biri də Səudiyyə Ərəbistanı Krallığı və son iki ildə orada gedən ictimai-siyasi proseslərdir. Bu gün Səudiyyə Ərəbistanında həm daxili, həm da xarici həyatda həqiqətən ciddi proseslər baş verməkdədir. Vəliəhd Məhəmməd Bin Salman bu ölkənin tarixində anoloquna rast gəlinməyin, çox böyük ambisiyaları özündə ehtiva edən modernləşdirmə planını işə salıb. Regionun və hətta bütünlükdə İslam dünyasının aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanı Krallığının taleyi bu plandan, onun necə həyata keçiriləcəyindən və ya ümumiyyətlə həyata keçirilə bilməsindən asılıdır.

Müasir Azərbaycanın inkişafında mühüm dövr

12 Yanvar 2018 13:54

Hər il olduğu kimi 2017-ci ili də Azərbaycan bütün spektrlər üzrə uğurla başa vurdu və il ərzində bir neçə mühüm nailiyyətlər əldə etdi. Əsasən diplomatiya və iqtisadi sahədə əldə edilən nailiyyətlər Azərbaycanın aktivinə müsbət göstəricilər yazdı. Beləliklə, 2017-ci ili Azərbaycan bütün sahələrdə inkişaf, uğurla başa vurdu.

Xalq Cümhuriyyətinə olan ehtiramın təzahürü

12 Yanvar 2018 13:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin “Xalq Cümhuriyyəti İli” elan olunması barədə imzalamış olduğu sərəncam istər ölkdə daxilində, istərsə də ondan kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir, təqdir olunur. Xüsusilə gənc nəsil dövlət başçısının məlum sərəncamını yüksək qiymətləndirərək il ərzində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı keçiriləcək tədbirlərin gənclərin Şərqin ilk demokratik respublikası barədə daha ətraflı məlumat əldə etməsinə vəsilə olacağını düşünürlər.

Ölkəmizin inkişafını həzm edə bilməyən antimilli ünsürlər

12 Yanvar 2018 13:46

Son illərdə radikal düşərgə liderlərinin xeyir-duası və əməyi sayəsində daha yaxşı həyat tərzi üçün Avropaya üz tutan bəzi milli ünsürlər əldə etdikləri xoş güzəran qarşılığında Azərbaycana qarşı aparılan kampaniyanın əsəs elementlərindən birinə çevriliblər. Bu kimi şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkələrdə Azərbaycanın nüfuzuna, beynəlxalq aləmdəki mövqeyinə xələl gətirə biləcək fikirlər, ifadələr yer alır, paylaşımlar edilir.