Gündəm
"Azərbaycan ordusu güclənməkdə davam edəcək" MÜNASİBƏT
“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında da söylədiyi kimi Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək. Görülən işlərin nəticəsidir ki, dünya miqyasında güclü ordular sırasında olan Azərbaycan Silahlı Qüvvələri öz hərbi gücünü daha da artırmaqda davam edir”. Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov deyib.
Ər-Riyad qisasa hazırlaşır: Şahzadələr geri qaytarılır
Səudiyyə Ərəbistanından qaçan və korrupsiyada iştirak edən şahzadələrin ekstradisiyasına nail olacağıq. Bu barədə bəyanatı Səudiyyə Ərəbistanı Baş Prokurorluğu yayıb. Ər-Riyad şahzadələr haqqında kifayət qədər sübutun olduğu və onların geri qaytarılması üçün beynəlxalq orderin veriləcəyini bildirib.
“Neftçi”nin sabiq hücumçusu karyerasını bitirdi
"Neftçi"nin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını bitirib. O, 34 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu "Levadiya"nın akademiyasında idman direktoru kimi çalışacaq. Bu barədə məlumatı klubun saytı yayıb.
“Zirə”yə bolqarıstanlı məşqçi cəlb olunub
"Zirə" futbol komandasının baş məşqçisi Ayxan Abbasov özünə yeni köməkçi götürüb. Bu barədə 37 yaşlı mütəxəssisin özü məlumat verib. O, bildirib ki, qəsəbə təmsilçisinin əvəzedici heyətdə baş məşqçi Hüseynqulu Quliyevin kömkçisi olan bolqarıstanlı Kamen Vasilyev bundan sonra əsas komanda da çalışacaq: "Köməkçim Zaur Həşimov paralel olaraq, 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisidir.
FETÖ məktəblərindən 70 müəllim həbs edildi
FETÖ ilə əlaqəli bağlanılan məktəblərin müəllimləri haqqında həbs qərarı verilib. Bu barədə Ankara Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, həmin məktəblərdə fəaliyyət göstərən 70 müəllim həbs edilib.
“Böyük dövlətlərin istəyi olmadan ATƏT sədri münaqişənin həllini sürətləndirə bilməz”
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın ortalarında baş tutacaq görüşü barədə optimist deyiləm”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, XİN rəhbərlərinin görüşündən ciddi bir nəticə gözləmir. Bunun səbəbini isə politoloq Ermənistanın siyasətində heç bir dəyişikliyin olmaması ilə əlaqələndirib.
2018-ci ildə əldə olunan uğurlar daha çox olacaq AÇIQLAMA
"Ölkə başçısının Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafinın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə qarşılanıb". Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Əhalinin ictimai xidmətlərdən istifadə imkanları genişlədirilir
Məlum olduğu kimi prezident İlham Əliyev tərəfindən dövlət idarəetməsinin modernizasiyası, operativliyin artırılması, idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması, xidmətlərə olan əlçatanlığın artırılması istiqamətində mühüm tapşırıqlar verilib. Məhz bu tapşırıqların icrası məqsədilə aidiyyati qurumlar əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması yönündə mütəmadi yeniliklər tətbiq edirlər.
Mark Feysbukun xəbər lentini dəyişir
Feysbuk sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək. Bu barədə Feysbukun yaradıcısı Mark Zukerberq öz sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, xəbər nəşrlərinin Feysbukda yayımlanması istifadəçilərin şikayətləri arasında birinci yerdədir: “Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi.
Nazirlik: Düşmən 8 gün ərzində 4 itki, 10 yaralı verib
"Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb". Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır.
Daha bir ölkə Aİ-dən çıxır
Polşa hökuməti Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirəcək. Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, Polşa Aİ-nin maliyyə dəstəyindən asılı olaraq təşkilatdakı üzvlüyünü davam etdirir: “Hazırda Polşa Avropa İttifaqından maliyyə yardımı alır. Bu səbəbdən də, düşünürəm ki, əgər Aİ maliyyə yardımını kəsərsə, Polşa hökuməti təşkilatı tərk etməklə bağlı vətəndaşlarının mövqeyini dəstəkləyəcək”.
İŞİD-in “nazir”i Türkiyədə tutuldu
Türkiyənin Kayseri vilayətinin Dəvəli mahalında İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri” Tarık Əhməd saxlanılıb. Bu haqda Kayseri valisi Süleyman Kamçı bildirib. Onun sözlərinə görə, “nazir”lə birlikdə daha 9 nəfər tutulub.
11 sentyabr hadisələrində əli olan məhkum həbsxana nəzarətçilərini bıçaqladı
11 sentyabr hadisəsində əli olan "Əl Qaidə" terrorçusu Amerikaya ekstradisiyasına mane olmaq üçün Fransada 3 həbsxana nəzarətçisini bıçaqlayıb. Kristian Gançarski adlı 51 yaşlı məhkum həbsxanaya gizlicə keçirdiyi qayçı ilə 3 nəzarətçini yaralayıb. Onlar təcili xəstəxanaya çatdırılıblar. Nəzarətçilərdən birinin vəziyyəti ağırdır. Həbsxanadan bildirilib ki, o, Amerikaya ekstradisiyasına mane olmaq üçün belə bir addım atıb. Belə ki, o, bir neçə gün əvvəl telefonda danışarkən "Fransada qalmaq üçün fikirləşib, nəsə edəcəm" deyib.
Baş nazirin müavini: Konstitusiya Məhkəməsi səlahiyyətlərini aşıb
Türkiyə Konstitusiya Məhkəməsi səlahiyyətlərini aşıb. Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Konstitusiya Məhkəməsinin "Zaman" qəzetinin jurnalistləri Şahin Alpay və Mehmet Altanın azad edilməsi haqqında qərarına münasibət bildirərkən deyib.
Xüsusi təyinatlı polis departamenti ləğv edildi
Türkiyə Baş Polis İdarəsinə məxsus Xüsusi təyinatlı polis departamentinin ləğvi rəsmi olaraq qüvvəyə minib. Məlumata əsasən, departamentin ləğvi haqqında qərar ölkənin Daxili İşlər Nazirliyinin 2 noyabr 2017-ci il tarixli müraciəti əsasında həmin il noyabrın 20-də Nazirlər Kabineti tərəfindən qəbul edilib.














