Gündəm
Axtarışda olan şəxs saxlanıb
Oğurluğa görə axtarışda olan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib.Ətrafında aparılan tədbirlərlə onun ötən ilin sentyabrın 15-dən cari il yanvarın 9-dək olan müddətdə Bakı şəhər sakinləri olan İ.İmanova, R.Mikayılova, R.Məcidova, J.Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.
Avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib
Füzuli rayonu ərazisində avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən mluçata görə, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 11-də Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı avtomobili idarə edən şəxsin Əsgər Hüseynov, sərnişininin isə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov olması müəyyən edilib.
Ayaz Mütəllibovun 20 yanvar hadisələri haqqında danışmağa ixtiyarı yoxdur
Eks-prezident Ayaz Mütəllibov müsahibəsində 20 yanvar hadisələri barədə təhrifedici, müstəqilliyimizə aparan bu gün haqqında ittihamlarla dolu fikirlər səsləndirməsi yolverilməzdi və məsuliyyət hissini itirməkdir. Belə bir açıqlama ilə çıxış edən AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, sabiq prezident həmin hadisələrdə dolayı yolla SSRİ rəhbərliyinə bəraət verir və Azərbaycan Xalq Cəbhəsini günahlandırır: “Guya,həmin gün Xalq Cəbhəsi rus tankarlarının qarşısına əhalini çıxarıb. Ayaz Mütəllibovun bu yanaşması, Xalq Cəbhəsini ittiham etməsi, birbaşa Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır”.
Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir”
“Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamı tarixi bir hadisədir”. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Almaniyada koalisiya hökumətinin qurulması barədə razılıq əldə edilib
Almaniyada parlamentə keçirilən seçkidən 109 gün sonra kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik və Xristian-Sosialist partiyalarından ibarət blok Sosial-Demokratik Partiya ilə koalisiya hökumətinin qurulması ilə bağlı razılığa gəlib.
Ermənistanda ərzaq bahalaşır
2017-ci ilin dekabrında Ermənistanın istehlak bazarında ərzaq qiymətləri noyabr ayı ilə müqayisədə 3,6 faiz artıb. Yerli KİV yazır ki, meyvə qiymətləri bir ay ərzində 4,3 faiz, tərəvəz qiymətləri 25,1 faiz artıb.
Rusiya hücum üçün 3 sayt yaratdı – Xəbərdarlıq
Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları zamanı Rusiya anti-dopinq agentliklərinə haker hücumları təşkil edə bilər. Bu barədə ABŞ-ın kompüter təhlükəsizliyi sahəsində çalışan “ThreatConnect Inc” şirkəti məlumat yayıb.
Rusiya əleyhinə dostluq etməyəcəyik - Minsk
Minsk Avropa Birliyi ilə iqtisadi-siyasi münasibətləri Rusiyanı itirmək hesabına inkişaf etdirmək niyyətində deyil. Bu barədə Belarusun Xarici İşlər naziri Vladimir Makey danışıb. “Rusiya, Avropa Birliyi və ya digərləri ilə əlaqələrimizi inkişaf etdirməyimiz kiminsə əleyhinə olmağımız anlamına gəlmir”, - nazir bildirib.
“Dini radikalizmə qarşı mübarizə" adlı seminar-treninq keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Şirvan şəhəri Gənclər evində "Dini radikalizmə qarşı mübarizə" adlı seminar-treninq keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov belə seminar-treninqlərin keçirilməsinin yeniyetmələrin dini maariflənməsi, milli-mənəvi dəyərlərin təbliği və dini radikalizm meyillərinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi təşkil olunur
Təhsil Nazirliyi artıq üçüncü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsini keçirir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.
"Separatizm ölkələrin həyatını iflic vəziyyətinə salır”- ŞƏRH
“Bu gün dünyanın bütün qitələrində separatizm meyilləri kifayət qədər aktivdir. Bizə yaxın Avropa və Asiya ölkələrində separatist hərakatlar davamlı olaraq özünü göstərməkdədir. İlk baxışdan stabil görünən Avropa ölkələri də bu hərakatlardan əziyyət çəkməkdədirlər. Belçikada Flandriya və Valoniya, Bosna və Hersekdə serb və xorvat, İtaliyada Siciliya daxil olmaqla ümumilikdə 20 bölgədə, Böyük Britaniyada konfederasiyanın bütün üzv dövlətləri, İspaniyada Kataloniya və adlarını sadalamadığım onlarla separatizm ocaqları mövcuddur”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Yoxa çıxan qayığın aqibəti bəlli oldu
Argentinanın 2 ay əvvəl yoxa çıxan “San-Xuan” sualtı qayığı 40 millisaniyə ərzində baş verən partlayış nəticəsində tamamilə parçalanıb. Bu barədə ABŞ-ın hərbi-dəniz kəşfiyyatı idarəsindən hesabat yayılıb. Hesabata görə, 400 metr dərinlikdə baş verən partlayışın gücü 6 ton trotil ekvivalentinə bərabər olub.
Qayınatanın döydüyü gəlin qəza yaralıları arasında
Qayınatası tərəfindən döyülərək xəstəxanalıq olan gəlin avtobus qəzasının yaralılarına qarışıb. Bu barədə Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bu gün Lənkəran-Bakı reysi üzrə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində baş vermiş qəzada yaralananlar barədə danışarkən məlumat verilib.
Dünya çempionu çətin vəziyyətdə, idmançı dərman almağa pul tapmır
Dünya çempionu Sənan Əliyevin səhhətində ciddi problemlər meydana çıxıb. “OLAYLAR” xəbər verir ki, idmançımızın sağlıq durumu günbəgün pisləşməkdədir. O, 04.12.2017 ci il tarixində Respublika İdman Tibb mərkəzinin nevropotoloquna müraciət edib. Muayinə zamanı zədələnmədən sonra idmançımıza boyun yuxarı fəqarə arası disk yırtığı, onurğa beyin kompressiyası diaqnozu qoyulub. İdmançıya onurğanın boyun və yuxarı döş şöbənin MRT-muayinə və stasionar mualicə məsləhət görülür. Lakin maddi imkansızlıq bu müayinələrdən keçməyi qeyri-mümkün edir.
Filmimiz “Bronx World Cinema” film festivalında
Yanvarın 12- də ABŞ-ın Nyu-York şəhərində “Bronx World Cinema” adlı film festivalına start verilib. Yanvarın 14-dək davam edəcək müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun “Debüt” studiyasında lentə aldığı “Eliza” filmi təmsil edəcək














