Gündəm

“Oyuq”çular yaşıdlarını sevindirdilər

12 Yanvar 2018 16:11

Yanvarın 12- də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrın bir qrup aktyoru və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun yetirmələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində oldular. Paytaxtın digər xüsusi tipli mərkəzləri və uşaq evlərində keçirilən tədbirlərinin davamı olan bu layihə də mərkəzdə məskunlaşan uşaq və yeniyetmələrin böyük sevincinə səbəb oldu. Repertuardakı tamaşalardan seçilmiş səhnəciklərin nümayişi uşaqlara xoş anlar yaşatdı.

Xaricə köçmüş bəzi azərbaycanlı jurnalistlər “reketlik” edirlər

12 Yanvar 2018 16:05

"Bu gün Azərbaycandan xarici ölkələrə köçüb jurnalistika ilə məşğul olan, xüsusilə Azərbaycan dilində sayt yaradan bəzi jurnalistlərimiz var ki, onlar “reketçilik”lə məşğuldurlar”.

Münaqişə zəmində həmkəndlisini qətlə yetirdi

12 Yanvar 2018 16:02

Beyləqan rayonunda silahlı insident baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub. Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Paytaxtda soyğunçu saxlanıb

12 Yanvar 2018 16:01

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Əli Babayevin 40 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Siyavuş İbrahimov saxlanılıb. Araşdırma aparılır.

Azərbaycan rus polisi üçün təhlükəsiz ölkələr siyahısında

12 Yanvar 2018 16:00

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının rahat şəkildə istirahətə gedəcə biləcəyi ölkələrin siyahısı hazırlanıb. Siyahını Rusiya Daxili İşlər naziri Vladimir Kolokolçev təsdiqləyib. Hazırlanan siyahıya Azərbaycan, Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Tacikistan, Türkmənistan və Özbəkistanın adı daxil edilib.

Kremldən ABŞ-ın Bakı qərarına cavab:Cəfəngiyyatdır...

12 Yanvar 2018 15:58

Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərkən deyib.

Bakıda bu villa 5 milyona satılır

12 Yanvar 2018 15:57

Bakıda 5 mərtəbəli villa fantastik qiymətə satışa çıxarılıb. Nəsimi rayonu İnqilab küçəsində yerləşən villa 20 sot torpağın içində tikilib. Hazırda təmirsiz olan villanın 12 otağı, 6 hamam və tualeti, 2 mətbəxi, 2 böyük qonaq otağı var. Mərtəbələrə qalxmaq üçün liftdən də istifadə etmək mümkündür.

Azərbaycan dilində Baş nazir sözünün yazılış qaydaşı dəyişdirilir

12 Yanvar 2018 15:54

Azərbaycan dilində Baş nazir sözünün yazılış qaydaşı dəyişdirilir. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsində Azərbaycan Respublikasının Baş naziri mürəkkəb sözündə bütün sözlərin birinci hərfinin böyüklə yazılması təklif olunub.

BMT-dən Trampın “zibil qutusu” ifadəsinə REAKSİYA

12 Yanvar 2018 15:53

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti Donald Trampın ölkəsinə daxil olan qaçqınlar barədə ifadələrinə kəskin reaksiya verib. BMT-nin insan hüquqları üzrə Ali Komissarının idarəsinin nümayəndəsi Rupert Kolvill Trampın ifadələrini “şokedici və utancverici” adlandırıb. Onun sözlərinə görə, ABŞ prezidentinin sözlərini “irqçilik”dən başqa heç bir sözlə ifadə etmək mümkün deyil.

461 avtobus sürücünün məhkumluğu var - RƏSMİ

12 Yanvar 2018 15:51

“Avtobus xətlərində həm sürücülər, həm də nəzarətçilərə nəzarət gücləndirilməlidir. Bəlkə də 175 saylı avtobusda sürücü sükanı öz qardaşına verməsəydi, o qəza olmazdı. Burada da daşıyıcı məsuliyyətsizliyi var”.

Avtomobil qaçıran saxlanıb

12 Yanvar 2018 15:50

Avtomlobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 10-da saat 22 radələrində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə paytaxt sakini Coşqun Tağıyevin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

“Made in Azerbaijan” loqosunun təqdimatı keçirilib

12 Yanvar 2018 15:49

Yanvarın 12-də Bakıda İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azerbaijan” loqosunun təqdimat mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, təqdimat mərasimində, iqtisadiyyatın müxtəlif sahələrində çalışan 100-ə yaxın iş adamı iştirak edib.

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

12 Yanvar 2018 15:48

Vəkilliyə namizədlərlə yazılı test imtahanının yanvarın 28-də keçirilməsi nəzərdə tutulur. Bu barədə Vəkillər Kollegiyasının mətbuat xidmətindən bildirilib. İmtahanı Vəkillər Kollegiyası Dövlət İmtahan Mərkəzi ilə birgə keçirəcək. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək.

Keçən il 233 müraciət cavablandırılıb

12 Yanvar 2018 15:46

2017-cı il ərzində ümumilikdə 233 müraciət daxil olub.. Onlardan 154-ü Ucar rayonunda, o cümlədən Milli Məclisin inzibati binasında müxtəlif vaxtlarda təşkil etdiyimiz qəbul və görüşlər zamanı, 32-i yazılı formada məktubla və 47-si elektron formada edilən müraciətlərdən ibarətdir. Belə bir açıqlama ilə çıxış edən millət vəkili Cüsal Hüseynov deyib ki, həmin müraciətlərin böyük əksəriyyəti, 187 müraciət iqtisadi-sosial xarakterli məsələlər, 46-sı digər məsələlərlə bağlı olub: “Bu müraciətdən 156-sı müsbət həllini tapıb. Bu isə ümumi müraciətlərin 67%-i deməkdir.

Ələt sakinini qətlə yetirən şəxs saxlanıb

12 Yanvar 2018 15:45

Ələt qəsəbəsində qətl törədən şəxs ələ keçib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 9-da Qaradağ rayonunun Ələt qəsəbəsindəki parkların birində qəsəbə sakini, tüfeyli həyat tərzi keçirən Saleh İsayev sərxoş halda yıxılaraq kəllə beyin xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.