Gündəm
2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması mühüm hadisədir
"Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması mühüm hadisədir». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib. O, bildirib ki, bu qərar cəmiyyətimizdə çox yüksək qarşılanır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Xalq Cümhuriyyəti ilə qürur duyur.
68 nəfər eksternat imtahanlarından uğurla keçib
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirə bilməyən şəxslər üçün eksternat imtahanında 99 nəfər iştirak edib. Onlardan 68 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. Eksternlər hərəsində 10 sual olmaqla, 2 gün ərzində 12 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi, Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahibdirlər.
Qətər BƏƏ-ni BMT-yə şikayət etdi
Qətər BMT Təhlükəsizlik Şurasına Birləşmiş Ərəb Əmirliklərindən şikayət edib. Bu barədə informasiyanı “Əl-Cəzirə” televiziyası yayıb.
Nazirlik araşdırmaya başladı: saxta səhifə...
Hazırda Səhiyyə Nazirliyi (SN) tərəfindən bu qurumun saxta səhifəsinin yaradılması ilə bağlı araşdırma aparılır. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, araşdırma bitdikdən sonra saxta səhifəni açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.
Azərbaycandan təklif alan futbolçunun müştəriləri artır
Azərbaycandan təklif alan Mali yığmasının kapitanı Yakuba Silla uğrunda mübarizə qızışır. "Renn"in yarımmüdafiəçisi daha iki klubdan təklif alıb. "Osmanlıspor" və "Legiya"dan sonra "Kasımpaşa" və "Standard" da fransızların transferə çıxardığı oyunçunun xidmətində maraqlı olduqlarını bildiriblər.
Azercell-dən General Mobile 6 - yeni ilin ilk sərfəli kampaniyası
Yeni ilin ilk günlərində Azercell Telekom abunəçilərini yeni kampaniyaları ilə sevindirməyə davam edir. Şirkət 4,5 milyonluq abunəçi ailəsi üçün yeni smartfon kampaniyasına başlayır. Yanvar ayının 12-dən etibarən General Mobile 6 kampaniyası çərçivəsində abunəçilər güclü funksionallığı ilə seçilən 4G dəstəkli GM6 telefonuna faizsiz kreditlə ayda 35 AZN ödəyib sahib olmaqla yanaşı, bir sıra üstünlüklər də əldə edəcəklər. Belə ki, kampaniya iştirakçıları hədiyyə olaraq hər ay 5GB internet və üstəlik telefon üçün 1 illik pulsuz Kaspersky Antivirusu əldə edəcəklər. Kampaniya bütün Azercell ofislərində və diler mağazalarında keçərlidir.
Fransada məhbuslara "bayram" - Nəzarətçilər işə çıxmadı
Fransada Vanden-lö-Vyey qəsəbəsində yerləşən həbsxananın 50-yə yaxını nəzarətçisi işə çıxmaqdan imtina edib. Məlumata görə, nəzarətçilər bir müddət əvvəl məhbusun hücumu nəticəsində 3 həmkarın yaralanmasına etiraz ediblər. Onların fikrincə, həbsxana rəhbərliyi əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görmür.
Nəsli kəsilməkdə olan vəhşi quşun Azərbaycandan çıxarılmasının qarşısı alınıb
Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılmasına cəhdin qarşısını alıblar.
Ukraynadan etiraf: Çiçəklənən ölkə ola bilərdik...
Ukraynanın xarici borcu ümumdaxili məhsulun 83%-ni təşkil edir. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş naziri Vladimir Qroysman söyləyib. Onun sözlərinə görə, Ukraynanın bu qədər borca girməsinin səbəbi keçmiş hökumət və Rusiyadır: “Ukrayna çiçəklənən ölkə ola bilərdi. Lakin bizim düşmənlərimiz bunu istəmirlər”.
Moskva ABŞ-a cavab hazırlayır: Tədbir görəcəyik...
Rusiya ABŞ-ın hazırladığı “Kreml hesabatı” sanksiyalarını cavabsız qoymayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Sanksiya fəaliyyətləri hər zaman əks tədbirlərlə üz-üzə qalır. Bu halda da biz prinsipimizdən əl çəkməyəcəyik”, - deyə o bildirib.
"Türkiyə ABŞ-dan daha təhlükəsizdir" - Yıldırım
"Türkiyə ABŞ-dan daha təhlükəsizdir". Bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Türkiyəyə səfər etməmək çağırışını şərh edərkən deyib. B.Yıldırım vurğulayıb ki, heç bir ölkə terror aktlarından sığortalanmayıb. Baş nazir əlavə edib: "Sanki elə təəssürat yaranır ki, ABŞ şəhərlərində terror aktları olmur".
“Azəriqaz” abonentlərin sayı 2 097 293-ə çatıb
2017-ci ilin yanvar-dekabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb ki, bunun da 48 877-i Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir. “OLAYLAR”-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb.
Azərbaycan təmsilçiləri festivalda birincilik qazanıb
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı XVII Beynəlxalq Uşaq Yaradıcılıq Forumu və “Milad Ulduzları - 2018” festival-müsabiqəsinin əsas Yeni il festivalında I yeri qazanıb. Festival “Şəhərlərin Həyatı” Festival Komitəsi tərəfindən Moskvanın "Kosmos" Böyük Konsert Zalında keçirilib. “OLAYLAR” Nazirliyə istinadən xəbər verir ki, festival Rusiyanın müxtəlif şəhərləri, MDB və digər xarici ölkələr ilə yaradıcı nailiyyətlərin mübadiləsinin aparılması, uşaq yaradıcılığının təbliği, gənc istedadların yaradıcılıq imkanlarının reallaşdırılmasına dəstək göstərilməsi və aşkarlanması, qorunması, inkişafı, uşaq kollektivlərinin ustalıq və ifaçılıq mədəniyyətinin artırılmasına köməklik edilməsi məqsədi daşıyıb.
Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 2018-ci ilin ilk günlərindən başlayaraq Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri intensiv şəkildə aparılır. Magistral su kəmərinin tikintisi həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir.
Ətraf mühitə ziyan vuran 859 nəfər inzibati məsuliyyətə cəlb edilib, 117.500 manat cərimə tətbiq olunub
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.












.jpg)

