Gündəm

Yunker: Türkiyə jurnalistləri azad etməyənədək Aİ-yə yaxınlaşmayacaq

12 Yanvar 2018 17:41

Türkiyə həbsdə olan jurnalistləri azad etməyənədək Avropa İttifaqı ilə yaxınlaşmayacaq. Məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib. Onun sözlərinə görə, Türkiyə iri addımlarla Avropa İttifaqından uzaqlaşmaqda davam edir. 

Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib

12 Yanvar 2018 17:39

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanatda deyilir: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı, insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Süni intellektlə təchiz edilmiş yeni robot nümayiş etdirilib- VİDEO 

12 Yanvar 2018 17:38

Tayvan Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (ITRI) mühəndisləri tərəfindən Las-Veqasda keçirilən “CES” sərgisində təqdim edilmiş robot “Skrabl” adlı masaüstü oyunu müvəffəqiyyətlə oynayır.

Belçikada maraqlı araşdırma: Mobil telefon təhsilə zərbə vurur

12 Yanvar 2018 17:25

Texnologiyanın sürətli inkişafı müəyyən sahələrə təkan versə də, təhsil sistemində bir o qədər də yüksək nəticələr vermir. Belə ki, Belçikada Təhsil Nazirliyi ilə birlikdə Antverpen və Gent universitetlərindən olan bir qrup alim imtahan verən tələbələrin nəticələri arasında maraqlı müqayisə aparıblar.

“Bu, Rusiya ilə sürətli müharibə deməkdir” - XƏBƏRDARLIQ

12 Yanvar 2018 17:24

Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi, politoloq Sergey Sudakov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının mümkün nəticələrindən danışıb.  “Russia Today” telekanalına açıqlama verən politoloqun sözlərinə görə, sanksiyalar Rusiyaya təsir alətlərdən yalnız biridir.

Məleykə Abbaszadə: “Buraxılış imtahanı ötən il olduğu kimi iki mərhələdə keçiriləcək”

12 Yanvar 2018 17:14

“Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilib”. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının nəşr olunacaq xüsusi buraxılışının “Ön söz”ündə qeyd edib.

Erməni siyasətçidən inqilab anonsu - İki ay qaldı

12 Yanvar 2018 17:13

Ermənistanda partlayış həddinə çatacaq situasiya yaranıb. Bunu “1in.am” saytına açıqlamasında Avropa Erməni Assosasiyası Forumunun rəhbəri Aşot Qriqoryan söyləyib. Onun sözlərinə görə, bu situasiyanın nəticələri qeyri-müəyyən ola bilər:

Əxlaqa zidd mahnı oxuyan 21 müğənni tutuldu - Polkovnik

12 Yanvar 2018 17:11

İranda musiqi sahəsində fəaliyyət göstərən, ev şəraitində, qanunsuz kiçik studiyalarda gizli şəkildə mahnılar yazdıran və onlara klip çəkdirdikdən sonra sosial şəbəkələrdə yayan 21 gənc müğənni həbs edilib.

Azərbaycan dünyanın 183 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib

12 Yanvar 2018 17:09

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, DSK-nin məlumatına görə, 114 ölkəyə məhsul ixrac, 176 ölkədən isə idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 809,4 milyon ABŞ dolları təşkil eidb. İxracın dəyəri 14 milyard 018,7 milyon dollar, idxalın həcmi isə 7 milyard 790,7 milyon dollar təşkil edib.

Qeyri-neft sektorunun ixracı 22 faiz artıb

12 Yanvar 2018 17:07

2017-ci ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.

Qızının istəyi ilə 2 milyona yaxın insanı qətl edən hökmdar: Nişapurun məhvi ilə bağlı maraqlı FAKTLAR

12 Yanvar 2018 17:03

Qanlı bir tarixi keçmişi olan Nişapur İranın şimal-şərqində yerləşən bir şəhərdir. Tarixi rəvayətlərə görə, Nişapurda 1.7 milyon insanı 1 saatın içərisində qətlə yetiriblər. Deyilənlərə görə, bu qətliamı monqol hökmdarı Çingiz Xan törədib.

Sarkisyanın 5 milyardlıq borcu - Ermənistanın qaranlıq Qarabağ dalanı

12 Yanvar 2018 17:02

2018 işğalçı ölkəyə bahalaşma dalğası ilə gəldi; Prezident təcili müşavirə çağırdı; Ermənistan kritik həftəyə girir – bahalaşma əleyhinə aksiyalar başlayır; rusiyalı analitiklər: “Ölkənin iqtisadi problemlərinin 90%-i blokada ilə bağlıdır...”

175 nömrəli marşrut xəttinin hərəkət sxeminə dəyişiklik edilib

12 Yanvar 2018 16:59

Yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək. Bakı Nəqliyyat Agentliyindənverilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

12 Yanvar 2018 16:52

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən dövlət başçısı həyatın bütün sahələrində əldə edilmiş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyini bildirib.