Gündəm

Ajda Pekkanın Bakı gəzintisi - fotolar

12 Yanvar 2018 18:45

Türkiyəli müğənni Ajda Pekkan artıq iki gündür Bakıdadır. Məlumata görə, ifaçı paytaxtımıza “Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudovanın dəvəti ilə gəlib. 

İspaniya kuboku: Rəqiblər məlum oldu

12 Yanvar 2018 18:40

İspaniya kubokunun ¼ final mərhələsinin püşkatması həyata keçirilib. Yarı finalda qarşılaşacaq cütülüklərin adları müəyyən edilib.

Xəbərdarlıq: Bunlar böyrəklərinizi məhv edir!

12 Yanvar 2018 18:35

Böyrəklər insan orqanizmində ən vacib orqanlardan biridir. Böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirir, qanı ziyanlı maddələrdən təmizləyir, duz-su balansını saxlayır, arterial təzyiqi tənzimləyir. Bu səbəbdən böyrəklərin sağlamlığını qoruyub saxlamaq olduqca vacibdir.

Günü 13 min olan oteldə qalır

12 Yanvar 2018 18:30

Türkiyəli aktrisa Elçin Sanqu da gözəlliyi ilə ərəblərin diqqətini çəkib.  Sanqu Dubayda keçirilən Beynəlxalq Ərəb Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Elçin mükafatını almaq üçün Dubaya yollanıb. Onun üçün məşhur otellərdən birində yer ayıran təşkilatçılar aktrisanı şahzadə kimi qarşılayıblar. Otelin ən lüks otağında qalan Sanqu gəzinti fotosunu sosial şəbəkədə paylaşıb.

Meray Keri bunu pul qazanmaq üçün edirmiş

12 Yanvar 2018 18:25

Son günlər getdiyi hər yerdə çay istəyən və onunla foto çəkdirib sosial şəbəkədə paylaşan Meray Kerinin sirri açılıb.

Şahzadə tacından danışdı: "Ağır və narahatdır"

12 Yanvar 2018 18:20

Şahzadə II Yelizaveta illərdir daşıdığı tacından danışıb. Məlumata görə, şahzadə bildirib ki, onu taxanda ayağının altını belə görmür. Yelizaveta aksesuarın gözəl göründüyü qədər rahat olmadığını söyləyib: “Olduqca ağırdır və narahatdır. Başı aşağı əymək də çətindir. Onunla boyunu belə sındırmaq olar.

Müğənni Elnarə verilişdən imtina edib televiziyadan getdi -ŞOK SƏBƏB

12 Yanvar 2018 18:15

Müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb. Məlumata görə, müğənninin kanaldan ayrılmasına səbəb verilişin rəhbəri ilə yola getməməyi olub.

Çexiyada prezident seçkiləri başladı

12 Yanvar 2018 18:12

Bu gün Çexiyada prezident seçkilərinin birinci turu başlayıb. Məlumata görə, seçkilər 2 gün ərzində - bu gün yerli vaxtla saat 14:00-dan 22:00-dək və sabah saat 08:00-dan 14:00-dək keçiriləcək. Bu ilki seçkilər zamanı 9 nəfərin namizədliyi qeydə alınıb.

Regionlarda ənənəvi sahələrin inkişafı ölkənin ixrac potensialını artırıb

12 Yanvar 2018 18:03

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan pambıqçılıq, tütünçülük, ipəkçilik və fındıqçılıq sahələrində ciddi naliyyətlər əldə edilib.

Gürcüstanda keçmiş həyat yoldaşını döymüş azərbaycanlı azadlıqdan məhrum olunub

12 Yanvar 2018 17:58

Gürcüstanın Rustavi şəhər Məhkəməsi keçmiş həyat yoldaşına qarşı zorakılığa yol vermiş azərbaycanlının işinə baxıb.

Bakıda 6 avtobus marşrutunun son dayanacağı dəyişdirilib

12 Yanvar 2018 17:57

Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Prezident İlham Əliyev Əhəd Abıyevi təltif edib

12 Yanvar 2018 17:55

Prezident İlham Əliyev Əhəd Abıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlik QHT-lərə müraciət edib

12 Yanvar 2018 17:53

Maliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatlarına müraciət edib. Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər:

Bağçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - AÇIQLAMA - VİDEO

12 Yanvar 2018 17:45

Regionlarda, xüsusən də ucqar kəndlərdə yaşayan istehsalçıların əsas problemi məhsulunu satacaq bazarı tapmaqla bağlı idi. Lakin bu çətinlik Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-nin yaradılması ilə öz həllini tapmış oldu. Kiçik və orta sahibkarlığa təkan verən cəmiyyətin əsas vəzifələrindən biri regionlarda istehsal olunan məhsulların bazar problemini həll etməkdir. Səhmdar cəmiyyət regionlarda yetişən məhsulları istehsalçının qapısında çox əlverişli bazar qiymətləri ilə alır.

"Qarabağ"ın daha bir legioneri getdi

12 Yanvar 2018 17:43

"Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi yeni kluba transfer olunur. Norveçli futbolçu İsveçin AİK klubuna keçəcək. Yunanıstan təmsilçisi bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istəyib. Transferlə bağlı məsələlərin yaxın günlərdə yekunlaşacağı bildirilir.