Gündəm

Bədəninizi formalaşdıran atomlar Eynşteynə aid ola bilər

12 Yanvar 2018 20:20

Bədənimizdə olan atomların 200 milyardı bir zamanlar yaşamış Aristotelə, Nyutona və ya Albert Eynşteynə aid ola bilər. Bəli, səhv eşitmədiniz. Hal-hazırda bədənimizi formalaşdıran atomlar bir zamanlar tam fərqli yerlərdə, tam fərqli insanlardaydı.

Fərdi kompüter bazarında 6 ildə ilk dəfə artım qeydə alınıb

12 Yanvar 2018 20:10

Ötən ilin dördüncü rübündə 6 ildə ilk dəfə qlobal fərdi kompüter bazarında artım qeydə alınıb. “International Data Corporation” (IDC) şirkətinin məlumatları buna sübutdur. 2017-ci ilin oktyabr-dekabr aylarında masaüstü kompüter, noutbuk və işçi stansiyaların qlobal tədarük həcmi 2016-cı müvafiq dövrü ilə müqayisədə 0.7% yüksələrək 70,6 milyona yaxınlaşıb. Ekspertlər 1,7%-lik azalma gözləyirdilər.

Smartfonlar tələbələrin təhsil almasına mənfi təsir göstərir

12 Yanvar 2018 19:55

Daima smartfondan istifadə edən belçikalı tələbələrin bilik səviyyəsi mobil telefondan asılılığı olmayanlarla müqayisədə aşağıdır. Bu haqda Antverpen və Gent universitetlərinin araşdırmasına istinadən yerli VRT telekanalı məlumat verib.

"Sevgili deyilik"

12 Yanvar 2018 19:50

Demet Özdemir Edis Görgülü ilə eşq yaşaması xəbərlərinə münasibət bildirib. Bu şayiələrin yalan olduğunu söyləyib. Oğuzhan Özyakupla ayrılan demetin Edisdən xoşu gəldiyi, onunla tanış olmağa çalışdığı deyilirdi. İddialara görə, Özdemir dostlarına Edisi çox bəyəndiyini deyib.

Qışda da arıqlamaq mümkündür

12 Yanvar 2018 19:45

Payız aylarında orqanizm yavaş-yavaş soyuqlara hazırlaşmağa başlayır: çəki artır, passivlik çoxalır.  Qış fəsli yaxınlaşdıqca dərialtı piyin əmələ gəlməsi prosesi fəallaşır və bunun nəticəsində orqanizm həmin dövrdə özünü enerji ehtiyatı ilə təmin edir.

Avropada superkompüterlərin yaradılmasına bir milyard avro investisiya qoyulacaq

12 Yanvar 2018 19:39

Avropa İttifaqı superkompüterlərin yaradılmasına 1 milyard avro investisiya yatırmağı planlaşdırır. Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Süni intellekt elementli yeni robot it təqdim olunub

12 Yanvar 2018 19:33

Yaponiyanın “Sony” şirkəti süni intellekt elementləri ilə təchiz edilən yeni “aibo” elektron robot itini təqdim edib. Şirkət 2006-cı ilədək əvvəlki nəsil robotları eyni adla buraxıb, lakin onların adı böyük hərflərlə - “AIBO” yazılıb. Böyük it ölçüsündə yeni qurğular daha realistik xüsusiyyətlərə malikdir. Onlar hürə və oynaya, qulaqları tərpədə, pəncə uzada, bel, baş və boyuna tumarlamalara reaksiya verə bilirlər.  

“Google Play” mağazasında yeni reklam virusu aşkarlanıb

12 Yanvar 2018 19:27

İnformasiya təhlükəsizliyinin təmini üçün “Check Point” həllər istehsalçısı “Google Play” əlavələr mağazasında yeni növ zərərli reklam aşkarlayıb. “LightsOut” adlanan skript fənərdən (Flashlight) istifadə üçün 22 alət (utility) və əlavədə aşkarlanıb. Virus 1,5-7,5 milyon dəfə yüklənib.

Həkimdən xəbərdarlıq: "Bu infeksiya düşüncəmizi və davranışımızı dəyişir"

12 Yanvar 2018 19:22

İnsanlar çox fərqlidirlər. Hərənin öz genetik kodu, qidalanma alışqanlığı, keçmişi və ... öz parazitləri vardır. Bunların hamısına eyni diqqəti göstərmirik. Məsələn, genetikanın insana təsiri haqqında internetdə youtube-u tapmağa qadir olan hər kəs nə isə bilir. Amma parazitlərin və mikrobların insana nə təsiri olduğunu çox adam bilmir. Mən də bilmirdim. Amma özü-özünə suallar verən, anlamaqda, dərk etməkdə dürüst və ədalətli davranan hər kəs əvvəl-axır cavabı da alır.

Xəbərdarlıq: Düzgün bişirilməmiş toyuq iflic yaradır!

12 Yanvar 2018 19:17

Alimlər xəbərdarlıq edir ki, yaxşı bişirilməmiş və ya qızardılmamış toyuq insanda iflicə səbəb ola bilər. Məsələ burasındadır ki, çiy toyuqda çox təhlükəli Campylobacter jejuni bakterilər olur.

Yemək zamanı danışmağın ziyanları....

12 Yanvar 2018 19:11

Bir çox insanlar bilir ki, yemək zamanı danışmaq olmaz. Lakin bunun əsl səbəblərini az bir insan bilir.

Cavanlığı qorumaq üçün ən faydalı tərəvəz

12 Yanvar 2018 19:05

İnsanlar yerkökünü qədim zamanlardan yetişdirir və istehlak edirlər. Bir vaxtlar yerkökü Avropada hətta delikates sayılırdı. Yerkökü tək tərəvəz kimi deyil, dərman kimi də istifadə olunurdu. Keçmişdə yerkökünün balla qarışığını xəstə insanlara verirdilər ki, daha tez sağalsınlar.

Boğaz ağrısından qurtulmağın SADƏ YOLLARI

12 Yanvar 2018 19:00

Soyuq havalar başlayan kimi boğaz ağrısı şikayətləri də artır. İngilis qulaq, burun, boğaz həkimi Alasdair Macenin boğaz ağrısından qurtulmaq üçün etməli olduğumuz və olmadığımız məqamlar barədə məsləhətlərini təqdim edir.

İbrahim Tatlısəsdən GÖZLƏNİLMƏZ TƏKLİF: “Onunla evlənmək istəyirəm”

12 Yanvar 2018 18:50

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs “Seda Sayanla” verilişində qonaq olarkən gözlənilməz açıqlama verib. Belə ki, o, veriliş zamanı evlənmə təklifi edib. Sənətçi qızı Elifin anası, 2013-cü ildə boşandığı keçmiş xanımı Ayşegül Yıldıza veriliş vasitəsilə səslənərək, yenidən onunla evlənmək istədiyini deyib: “Mən artıq İzmirliyəm. Mən İzmiri sevdim, o da məni. Trilyon versələr də, İstanbula geri dönmərəm bir də.

Yeni ilin dəbindən xəbərdar olun: muncuqlu parçalar, kobud ayaqqabılar, qızılı rənglər...

12 Yanvar 2018 18:50

İllər dəyişdikcə xanımları bir sual maraqlandırır: Görəsən, bu il hansı geyimlər, hansı rənglər və akseSsuarlar dəbdə olacaq? Dəblə ayaqlaşmaq hər nə qədər çətin olsa da, xanımlar bunun üçün hətta mübarizə aparmağa belə hazırdırlar. Hər bir xanım istəyir ki, səliqəli, baxımlı və gözəl görünsün.