Gündəm
Atəşkəs 128 dəfə pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
QUŞ QRİPİNƏ yeni yoluxma halları aşkar edildi
Böyük Britaniyanın Kənd Təsərrüfatı Nazirliyi ölkənin cənub-şərqindəki Dorset qraflığında 17 vəhşi quşda H5N6 quş qripinə yoluxmanın yeni hallarını aşkar edib. Bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, bu, 2017-2018-ci illərdə rast gəlinən ilk haldır. Bu qripin ötən il Çində qeydə alınan yoluxma hallarından fərqləndiyi və insan səhhətinə təhlükə yaratmadığı bildirilir.
Məşhur prodüser vəfat etdi
Britaniyalı quruluşçu rəssam, ikiqat Oskar mükafatı laureatı Terens Marş Kaliforniyadakı evində vəfat edib. T.Marş “Şouşenqdən qaçış”, “Qırmızı oktyabrın ovu” və “Yaşıl mil” filmlərin art-direktoru olub. “Doktor Jivaqo”(1965) və “Oliver”(1968) filmlərdəki işinə görə rəssam iki Oskar mükafatına layiq görülüb.
“Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi
Son günlər istər respublikamızda, istərsə də Azərbaycan diasporunun mövcud olduğu xarici ölkələrdə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimləri keçirilir. Kütləvi informasiya vasitələri həmin tədbirləri geniş şəkildə işıqlandırır. Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində “Muğam Dünyası” klubunun könüllüləri 20 yanvar faciəsinə həsr olunmuş tədbiri keçirdi. 20 yanvar hadisələri ilə bağlı dəyirmi masa ətrafında çıxışlar oldu.
Hillari Klinton Trampın irqçi baxışlarını pislədi
ABŞ-ın sabiq dövlət katibi və hazırki prezident Donald Trampın prezidentlik postuna əsas rəqibi olmuş Hillari Klinton ABŞ liderinin “irqçi baxışlarını” tənqid edib. Bununla bağlı H. Klinton “Twitter”də yazıb.
Ailə daxili yeni bir cinayət: Ər arvadını bıçaqladı
Hadisə Sabunçu rayonunda baş verib. Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi ev 23 ünvanında 1983-cü il təvəllüdlü İmamverdiyeva Rəna Əfqan qızı həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən bıçaqlanıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında”
Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın universitetdə və respublika ərazisində təqdimatına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Milli İncəsənət Muzeyi hər kəsi dəvət edir…
Azərbaycan Milli İncəsənət Muzeyi ilin ilk ayında hər kəsi - uşaq və böyükləri maraqlı və əyləncə dolu tədbirlərə qoşulmağa dəvət edir. Muzeydən Olaylar.az -a bildirilib ki, sənət ocağının yanvar ayına nəzərdə tutulan tədbirlər planına çoxsaylı rəsm sərgilərinin və maraqlı proqramların təşkili daxildir. Belə ki, ziyarətçilər muzeydə “Azərbaycanın ipək xəzinələri” adlı sərgi ilə yanvarın 15-də tanış ola biləcəklər. Eyni zamanda, qarşıdakı günlərdə tarixçi Rizvan Hüseynovla 20 Yanvar hadisələrinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa”nın keçirilməsi nəzərdə tutulur.
“Nar bağı” Bolqarıstanda nümayiş olunacaq
“Nar bağı” bədii filmi Bolqarıstanda keçirilən 10-cu Sofia MENAR Film Festivalında nümayiş olunacaq. Filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Bakıda kürəkən qaynanasını döyüb
Bakıda döyülmə hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Rusiyadan gəlmiş 1962-ci il təvəllüdlü Əsədullayeva Zibeydə Ziyad qızı qızının evində olarkən kürəkəni tərəfindən döyülüb. Nəticədə qadın qapalı kəllə-beyin travması alıb.
İrana qarşı sanksiyalar genişləndirildi
Aeroport, metro və tramvayların fəaliyyəti dayandırıldı
Afinada nəqliyyat işçilərinin keçirdikləri tətil şəhəri iflic edib. Tətil nəticəsində aeroport, metro və tramvayların fəaliyyəti dayandırılıb. Trolleybusların və avtobusların sürücüləri həmkarlarını növbəti tətildə dəstəkləyəcəklərini bəyan ediblər. Dəmir yolu, dəniz federasiyasının təmsilçiləri, Afina və Pirey şəhərlərinin həkimlərinin birliyi də tətilə qoşulublar. Həkimlər yalnız təcili tibbi yardıma ehtiyacı olan xəstələri qəbul edirlər.
Karlovun qətlində şübhəli bilinən ikinci şəxs də həbs edildi
Türkiyə polisi gün ərzində Rusiyanın bu ölkədəki sabiq səfiri Andrey Karlovun qətlində şübhəli bilinən ikinci şəxsi də həbs edib. Bu barədə “Anadolu” agentliyi Ankaranın Polis İdarəsinə istinadən məlumat yayıb.
FHN: Alpinistlərin axtarışları mürəkkəb relyefli dağ massivində aparılır
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.
“Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev hər hansı xalqın böyüklüyünün onun say tərkibindən yox, beynəlxalq nüfuzu, fəaliyyəti, təbliğ etdiyi dəyərlərdən asılı olduğunu bildirib.














