Gündəm

"Viki"çilərdən Rauf Denktaş anması

14 Yanvar 2018 11:00

AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlim iştirakçıları tərəfindən Şimali Kipr Türk Respublikasının qurucusu və birinci prezidenti Rauf Denktaşın vəfatının 6-cı ildönümü münasibətilə böyük türk lideri haqqında “Azərbaycanca Vikipediya”da məqaləni əsaslı redaktə etməklə genişləndiriblər. Böyük lider haqqında məqaləni oxucuların istifadəsinə veriblər.

Lənkəranda döyülən qadınlardan biri ölüb

14 Yanvar 2018 10:58

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib. Hadisə Liman şəhərində baş verib. 1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.

Şon Penn Trampı "bəşəriyyətin düşməni" adlandırdı

14 Yanvar 2018 10:57

Məşhur aktyor Şon Penn “Time” nəşri üçün yazdığı məqalədə ABŞ prezidenti Donald Trampı “bəşəriyyətin düşməni” adlandırıb. O bunu Amerika liderinin miqrantların gəldiyi ölkələri “çirkin ucqarlar” adlandırmasından sonra yazıb.

"Telegram"a girişə məhdudiyyət aradan qaldırıldı

14 Yanvar 2018 10:56

İran hakimiyyəti “Telegram”a girişə məhdudiyyəti aradan qaldırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Hazırda İran sakinləri yenidən “Telegram” messencerindən istifadə edir.

Azərbaycanda yeni muzey yaradıldı

14 Yanvar 2018 10:45

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb. Universitetdən verilən məlumata görə, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Muğam Mərkəzi yeni möhtəşəm  “Aşıq musiqisi axşamları” adlı layihə təqdim edildi

13 Yanvar 2018 17:42

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verildi. Layihə çərçivəsində “Koroğlu”ya qayıdaq” konsert-tamaşa keçirildi. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib. Olaylar.az bildirir ki, “Koroğluya qayidaq” adlı tədbirdə “Koroğlu”dastanının “Koroğlu  və Dəli Həsən”, “Koroğlunun İstanbul səfəri”boyları əsasında qurulmuş səhnələr tamaşaçılıara təqdim olunub.

Kaliforniyada Azərbaycanın xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib

13 Yanvar 2018 17:36

Yanvarın 12- də Kaliforniyanın San Xose şəhərində  Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib.

Yol polisindən sürücülərə hava – XƏBƏRDARLIĞI

13 Yanvar 2018 17:33

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən dumanlı və çiskinli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər havanın dumanlı və çiskinli olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.

11 əsgər zəhərləndi

13 Yanvar 2018 17:30

Milli Məclisin deputatı komaya düşdü

13 Yanvar 2018 17:17

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb. Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir. Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

7 016 terrorçu zərərsizləşdirilib

13 Yanvar 2018 16:55

2017-ci ildə Türkiyədə 7 016 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Xəbərə görə, 2017-ci ildə zərərsizləşdirilmiş terrorçulardan 3777 nəfəri İŞİD, 3239 nəfəri isə PKK terror təşkilatının üzvü olub.

Qanı duruldan TƏBİİ VASİTƏLƏR

13 Yanvar 2018 16:52

Qanın həddindən artıq duru və ya qatı olması insan orqanizmində müxtəlif xəstəliklərin mövcudluğuna işarədir. Qanın normadan çox duru olması sürətli qanaxmalara, qatı olması isə metobolizmanın pozulmasına səbəb olur. Bu sistemin balanslaşdırılmasına isə birbaşa qaraciyər nəzarət edir.

Hərbi gəmi yandı, 11 əsgər zəhərləndi

13 Yanvar 2018 16:45

Türkiyənin İzmir şəhərində hərbi gəmidə yanğın baş verib. Hadisə nəticəsində 11 əsgər zəhərlənib.

Əli Həsənov: "ATƏT-in Media azadlığı ofisi Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidir"

13 Yanvar 2018 16:43

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində onun bəzi fikirlərinə münasibət bildirərək AZƏRTAC-a açıqlamasında deyib: