Azərbaycanda yeni muzey yaradıldı

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb. Universitetdən verilən məlumata görə, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.

Universitetdən verilən məlumata görə, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31