Albaniyada partlayış: yaralılar var

Albaniyanın Şkoder şəhərinin mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 3-ü ağır olmaqla, 8 nəfər yaralanıb.

Məlumata əsasən, partlayıcı qurğu günorta saatlarında şəhərin mərkəzində işə salınıb. Alban polisinin versiyasına görə, partlayıcı qurğu yerli biznesmen Lyulzim Kulanı öldürmək üçün quraşdırılıb.

Alban polisi Şkoderə gələn və gedən avtomobillərə baxış keçirir və araşdırmalara başlayıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31