Azərbaycandan təklif alan futbolçunun müştəriləri artır
Azərbaycandan təklif alan Mali yığmasının kapitanı Yakuba Silla uğrunda mübarizə qızışır. "Renn"in yarımmüdafiəçisi daha iki klubdan təklif alıb. "Osmanlıspor" və "Legiya"dan sonra "Kasımpaşa" və "Standard" da fransızların transferə çıxardığı oyunçunun xidmətində maraqlı olduqlarını bildiriblər.
12 Yanvar 2018 16:45 İdmanAzərbaycandan təklif alan Mali yığmasının kapitanı Yakuba Silla uğrunda mübarizə qızışır. "Renn"in yarımmüdafiəçisi daha iki klubdan təklif alıb. "Osmanlıspor" və "Legiya"dan sonra "Kasımpaşa" və "Standard" da fransızların transferə çıxardığı oyunçunun xidmətində maraqlı olduqlarını bildiriblər. Lakin bu yarışda "Legiya" bir addım öndə göstərilir. Keçiddə israrlı olan polşalılar qarşı tərəflə müntəzəm danışıq aparırlar. Problem ondadı ki, "Legiya" Sillanı öncə icarəyə götürmək, sonra birdəfəlik transfer etmək niyyətindədi. Lakin "Renn" onu indi sataraq, 500 min avro gəlir götürmək fikrindədi.
Qeyd edək ki, "Eupen", "Mexelen" və "Brügge"nin də gündəmində olduğu bildirilən Yakuba Silla son olaraq "Panatinaikos"da icarə əsasında çıxış edib. Apasport.az