“Dini radikalizmə qarşı mübarizə" adlı seminar-treninq keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Şirvan şəhəri Gənclər evində "Dini radikalizmə qarşı mübarizə" adlı seminar-treninq keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov belə seminar-treninqlərin keçirilməsinin yeniyetmələrin dini maariflənməsi, milli-mənəvi dəyərlərin təbliği və dini radikalizm meyillərinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
12 Yanvar 2018 15:22 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Şirvan şəhəri Gənclər evində "Dini radikalizmə qarşı mübarizə" adlı seminar-treninq keçirilib. "OLAYLAR" Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov belə seminar-treninqlərin keçirilməsinin yeniyetmələrin dini maariflənməsi, milli-mənəvi dəyərlərin təbliği və dini radikalizm meyillərinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev dövlət-din münasibətlərindən və ölkədə dini radikalizmin qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb və bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Əvəz Mehreliyev və Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev mövzu ilə bağlı çıxış ediblər.
Sonda seminar-treninqin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.