Dünya çempionu çətin vəziyyətdə, idmançı dərman almağa pul tapmır

Dünya çempionu Sənan Əliyevin səhhətində ciddi problemlər meydana çıxıb. “OLAYLAR” xəbər verir ki, idmançımızın sağlıq durumu günbəgün pisləşməkdədir. O, 04.12.2017 ci il tarixində Respublika İdman Tibb mərkəzinin nevropotoloquna müraciət edib. Muayinə zamanı zədələnmədən sonra idmançımıza boyun yuxarı fəqarə arası disk yırtığı, onurğa beyin kompressiyası diaqnozu qoyulub. İdmançıya onurğanın boyun və yuxarı döş şöbənin MRT-muayinə və stasionar mualicə məsləhət görülür. Lakin maddi imkansızlıq bu müayinələrdən keçməyi qeyri-mümkün edir.

Dünya çempionu Sənan Əliyevin səhhətində ciddi problemlər meydana çıxıb. "OLAYLAR" xəbər verir ki, idmançımızın sağlıq durumu günbəgün pisləşməkdədir. O, 04.12.2017 ci il tarixində Respublika İdman Tibb mərkəzinin nevropotoloquna müraciət edib. Muayinə zamanı zədələnmədən sonra idmançımıza boyun yuxarı fəqarə arası disk yırtığı, onurğa beyin kompressiyası diaqnozu qoyulub. İdmançıya onurğanın boyun və yuxarı döş şöbənin MRT-muayinə və stasionar mualicə məsləhət görülür. Lakin maddi imkansızlıq bu müayinələrdən keçməyi qeyri-mümkün edir.

Qeyd edək ki, Sənan Əliyevin atası Veysil Əliyev müharibə veteranıdır, Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Hazırda maddi imkansızlıqdan müalicə ala bilməyən və hətta dərman almağa imkanı olmayan idmançımızın ciddi köməyə ehtiyacı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31