Gündəm
İtkin alpinistlərlə bağlı yeni - Təfərrüatlar
Qubada itkin düşən alpinist dostlarımızla sonuncu əlaqəmiz onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olmuşdu. Bunu alpinist Camal Qaşqay deyib. C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: “Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib”.
İran hərbi gəmisi Xəzərdə qəzaya uğradı
İran Hərbi Dəniz Qüvvələrinin Dəmavən freqatı Xəzər dənizində qəzaya uğrayıb. Ənzəli limanında güclü fırtına səbəbi ilə gəmi dalğaqıran bəndə çırpılıb. Hadisə zamanı iki dənizçinin itkin düşdüyü bildirilir. Onların xilas edilməsi üçün zəruri axtarış tədbirlərinə start verilib.
Qafqazdan Osmanlıya göndərilmiş qulların sənədləri tapılıb
XIX əsrdə Qafqazdan Osmanlıya göndərilən qulların siyahısı tapılıb. Rusiya alimlərinin gün üzünə çıxardığı sənədlər Qafqazdan Osmanlı İmperiyasına aparılan qullarla bağlı açıqlamaların olduğu ilk sənəddir. Sənədlər Qara dəniz sahillərində 1810-cu ildə ələ keçirilən qullarla dolu gəmi ilə bağlıdır.
Polşa Avropa İttifaqından çıxır?
“Polşa hakimiyyəti Avropa İttifaqından çıxması üçün referendum təşkil edə bilər”. Bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk məlumat verib.
Prokuror Əfqan Muxtarlıya 8 il cəza istədi
Jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Balakən rayon Məhkəməsində Hümbət Səlimovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Günün ikinci yarısında hökm elan ediləcəyi gözlənilir. İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
ABŞ İtaliyaya Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ ETDİ
ABŞ ATƏT-in İtaliya sədrliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb. Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.
Türkiyədə avtobus qəzasında 9 nəfər öldü
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Türkiyədən İraqa sərnişin aparan avtobus Şırnaq vilayətinin Silopi rayonunda qəzaya düşüb. Nəticədə 9 nəfər ölüb, 28 nəfər xəsarət alıb.
Fazil Məmmədovdan yeni xəbər
Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. “OLAYLAR”-a AGF-dən bildirilib ki, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.
Ölkədə 2250 məscid var
Son hesablamalara görə, hazırda ölkə ərazisində 2250 məscid mövcuddur. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edib.
Ermənilər atəşkəsin pozulması zamanı iriçaplı pulemyotlardan istifadə edir
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.
Yaponiyada qar fəlakəti - VİDEO
Yaponiyada qar yağışı özü ilə birgə fəsadlar gətirib. Orta illik normadan 10 dəfə çox yağan qar ölkə ərazisində nəqliyyatın vəziyyətini iflic edib. Yağıntılardan ən çox əziyyət çəkən bölgə Niiqata, Fukui, İsikava və Toyama prefekturaları olub.
"Hansı müğənni Rəmişin hesabına adam olub, indi adam saymır?"
Dünən "5/5"də Zaurun qonağı Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü olub.
Bakı metrosundakı faciənin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Xəbər verdiyimiz kimi, Bakı metrosunda intihara cəhd olub. Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saat 09:18-radələrində metronun "Qara Qarayev" stansiyasında təxminən 60-70 yaşlarında olan kişi özünü qatarın altına atmağa cəhd edib. Qatar kişini vuraraq platformaya atıb. Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağrılıb və o, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
İtkin düşən 14 yaşlı qızı gündə 20-30 kişiyə satdılar
İtkin düşən 14 yaşlı qıza narkotik maddə içirib, onu fahişəliyə cəlb edən 3 nəfər 18 il müddətinə azadlıqdan məhrum edilib. İngiltərədə Jake Cairns, Brandon Sharples və Jack McInally 14 yaşlı qızı qaçırıb, kölə kimi saxlayıb, gündə 20-30 kişiyə satıblar. Onlar qızın yaşını 18 kimi təqdim edərək eskort saytlarında elan veriblər.
Sərdar Ortac etiraf etdi
Yıldız Tilbə ilə Sezen Aksunun barışmağı haqqında jurnalistlərin suallarını cavablandıran Sərdar Ortac Ebru Gündeş ilə aralarında olan soyuqluğa da aydınlıq gətirib. Olaylar.az bildirir ki, Sərdar Ortac həyat yoldaşı həbs olunduqdan sonra dostu Ebruya mənəvi dəstək olmadığını etiraf edib.














