Ölkədə 2250 məscid var
Son hesablamalara görə, hazırda ölkə ərazisində 2250 məscid mövcuddur. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edib.
12 Yanvar 2018 11:59 SosialSon hesablamalara görə, hazırda ölkə ərazisində 2250 məscid mövcuddur. "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edib. O, bildirib ki, bunlardan 210-u Naxçıvan Muxtar Respublikasının payına düşür. Ə.Zülfüqarov hesabat dövründə dini təhsil sahəsində müsbət irəliləyişə nail olunduğunu, 10 İslam Kollecinin Dövlət Komitəsində qeydiyyata alındığını, hazırda fəaliyyət göstərən Quran kurslarının qanunauyğun yaradılması və fəaliyyət göstərməsini araşdırmaq üçün müvafiq komissiya yaradıldığını, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Quran kursları üçün Tədris Planı hazırlanaraq təsdiq edildiyini bildirib.