Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qısmən məhdudlaşdırılır
Paytaxtın Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması aparılacaq təmir işləri ilə əlaqədardır.
12 Yanvar 2018 13:09 SosialPaytaxtın Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması aparılacaq təmir işləri ilə əlaqədardır.
Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.