Gündəm

MTRŞ-dan radiolara XƏBƏRDARLIQ - İnzibati tədbirlər də görülə bilər

9 Fevral 2018 12:21

Qanunvericilik tələbinin pozulması səviyyəsindən asılı olaraq radiolarla bağlı inzibati tədbirlər görülə bilər. Bunu  Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiriTəvəkkül Dadaşov deyib.

Xalq artistindən ölümündən öncə İNANILMAZ ETİRAFLAR: “Bu həyatda...”

9 Fevral 2018 12:18

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva ötən gün axşam 72 yaşında dünyasını dəyişdi. Xalq artisti doğum günündə verdiyi son müsahibədə özü ilə bağlı inanılmaz etiraflar edib. Müsahibəni olduğu kimi təqdim edirik.

Mosulda dəhşət - Ana övladlarını evində dəfn etdi

9 Fevral 2018 12:18

Uzun zaman İŞİD terror təşkilatının işğalında olan İraqın Mosul şəhərindən dəhşətli görüntülər paylaşılıb. Olaylar.az bildirir ki, 7 ay öncə İŞİD terror təşkilatında təmizlənən Mosulda insanlar hələ də qorxu içində yaşayırlar. Həlak olan yaxınlarını dəfn etməyə yer tapa bilməyən mosillular onları evlərinin zirzəmilərində dəfn edirlər.  Menkubə məhəlləsində yaşayan 60 yaşında olan Um Ammar adlı qadın da həlak olan doğmalarını evinin zirzəmisində dəfn edib.

Dünya belə şəhid dəfni görmədi: Adamlardan ibarət TÜRKİYƏ

9 Fevral 2018 12:16

“Zeytun budağı” əməliyyatı zamanı YPG/PKK-lı terrorçuların hücumu nəticəsində şəhid olan Çavuş Ömər Bilal Akpınar məmləkəti Karabükdə son mənzilə yola salınıb. Şəhər meydanında keçirilən mərasimdə şəhidin atası, anası, həyat yoldaşı, bacısı və çoxlu sayda vətəndaş iştirak edib. 

Müharibə başladı? - ABŞ Rusiya hərbçilərini BOMBARDMAN ETDİ

9 Fevral 2018 12:14

Suriyada ABŞ-ın döyüş təyyarələrinin Deyr-ez-Zor əyalətində Suriya ordusunun tərəfində vuruşan döyüşçülərə endirdiyi zərbələr ABŞ-Rusiya xəttində gərginliyi yüksəldə bilər.

Zərnigar Ağakişiyeva harada dəfn ediləcək? — AÇIQLAMA

9 Fevral 2018 12:11

Xalq artisti Zərnigar Ağakişiyeva 2-3 gün əvvəl vəfat edibmiş. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon şöbəsindən  verilən məlumata görə xalq artistinin təxminən 2-3 gün əvvəl ürək xəstəliyindən vəfat etdiyi müəyyənləşdirilib. Ekspertizadan bildirilib ki,  sənətkar doğulduğu Quba rayonunda dəfn edilmək üçün hazırlanır.

Zeynəb Xanlarovanın zəng etdiyi, İlqar Mikayıloğlunun əsəbləşdiyi, Tolikin hədələdiyi operatorlar

9 Fevral 2018 12:10

"Tez olun, işığımı yandırın!", "İşığımı yandırmasaz, sizi biabır edəcəm!", "Bayram, istirahət günü də adamın işığını söndürərlər?!", "Mənə işıq verin!" - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 199 saylı "Çağrı mərkəzi"nə gün ərzində daxil olan yüzlərlə zəngin içərisində belələri də olur.

Azərbaycan Televiziyasının ləkəsiz ekran güzgüsü

9 Fevral 2018 12:01

Bu gün Azərbaycan teleməkanı haqqında fikirlər, rəylər  müxtəlifdi.  Kim necə istəyir,  kimə necə  sərf edir, yaxud da  kim televiziyanı necə görmək istəyir o cür də şərh edir – haqlı, ya da haqsız. Televiziya qaydalarını, efir standartlarını qəbul etməyənlər var. Özəl kanalların şou bazara (məhz bazara, biznesə yox)  çevrildiyini iddia edənlər də istisna deyil. Həmin televiziya kanallarında  çox şeyin kommersiya  maraqlarına qurban verilməsinə ikrahla baxanları da tanıyırıq.  Efir məkanındakı müasirliyi qəbul etməyib keçmişlə yaşayanlar da  gözdən yayınmırlar. Bəzi televiziya kanallarında  mənəvi dəyərlər, dil məsələləri, nitq  mədəniyyəti kimi  bir xəzinənin az təbliğ olunduğunu deyənlər, yazanlar isə daha çoxdu.

Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək

9 Fevral 2018 11:59

Fevralın 9-da gün ərzində paytaxtın Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin   Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu  Rəfiyev, Natiq  Əliyev, Əllədin  Quliyev küçələrinə,  Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Amerikalı qadın öz gözlərini çıxartdı

9 Fevral 2018 11:56

Cənubi Karolina sakini (ABŞ) kilsəni ziyarət etdikdən sonra öz gözlərini çıxarıb. Məlumata görə, qadın təcili olaraq ən yaxın xəstəxanaya yerləşdirilib. Polis qadının gözlərini əlində tutduğu halda kilsə yaxınlığında tapıldığını bildirib.

4 idmançıya dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib

9 Fevral 2018 11:54

Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Məlumata görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında bildirilir. Güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

Milyonlar qazandığı lotereya biletini itirdi, özünü öldürdü

9 Fevral 2018 11:52

Tailand sakini Ciravut Pongphan lotereyada 42 milyon bahtı qazandıqdan sonra öz evində ölü tapılıb. Məlumata görə, o, intihar etdiyi üçün ailəsindən üzr istəyib. Bundan əvvəl Pongphan lotereyada qalib gəldiyini qeyd etmək üçün yaxınlarını və yoldaşlarını evinə dəvət edib. 

Eks-nazir oğlunun bu qurumu çökdü

9 Fevral 2018 11:48

Azərbaycan Qolf Federasiyası fəaliyyətini dayandırıb. Çoxdandır ki, federasiyanın qapıları bağlıdır. Bu barədə federasiyanın keçmiş işçiləri məlumat verib. Keçmiş işçilər bildirib ki, federasiya heç beynəlxalq yarışlara da qatıla bilmirdi: “Federasiya fəaliyyətini qurumun rəhbəri Anar Məmmədovun (eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu-red.) işinin başında olmamasından sonra dayanıb. Çünki Qolf Federasiyası dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər.

Alimlərdən bədbin proqnoz

9 Fevral 2018 11:47

San-Dieqo (Kaliforniya) Universitetinin alimləri 21-ci əsrin ortalarında Günəşin aktivliyinin kəskin sürətdə azalacağını açıqlayıblar. Tədqiqatçıların fikrincə, planetin istiləşməsi azalacaq, lakin bu, qlobal istiləşməni dayandırmayacaq. Ümumiyyətlə, yaxın gələcəkdə Günəşin aktivliyinin minimum səviyyədə olması ehtimalı olduqca yüksəkdir.