Mosulda dəhşət - Ana övladlarını evində dəfn etdi

Uzun zaman İŞİD terror təşkilatının işğalında olan İraqın Mosul şəhərindən dəhşətli görüntülər paylaşılıb. Olaylar.az bildirir ki, 7 ay öncə İŞİD terror təşkilatında təmizlənən Mosulda insanlar hələ də qorxu içində yaşayırlar. Həlak olan yaxınlarını dəfn etməyə yer tapa bilməyən mosillular onları evlərinin zirzəmilərində dəfn edirlər.  Menkubə məhəlləsində yaşayan 60 yaşında olan Um Ammar adlı qadın da həlak olan doğmalarını evinin zirzəmisində dəfn edib.

Uzun zaman İŞİD terror təşkilatının işğalında olan İraqın Mosul şəhərindən dəhşətli görüntülər paylaşılıb. Olaylar.az bildirir ki, 7 ay öncə İŞİD terror təşkilatında təmizlənən Mosulda insanlar hələ də qorxu içində yaşayırlar. Həlak olan yaxınlarını dəfn etməyə yer tapa bilməyən mosillular onları evlərinin zirzəmilərində dəfn edirlər.

Menkubə məhəlləsində yaşayan 60 yaşında olan Um Ammar adlı qadın da həlak olan doğmalarını evinin zirzəmisində dəfn edib.

Ailəsindən 5 nəfəri - həyat yoldaşını, oğullarını, qızını, kürəkənini öz əlləri ilə evində dəfn edən qadın məzarların üzərini iki xalça örtüb.

Beynəlxalq təşkilatlara, dünyaya səslənən 60 yaşlı Um Ammar bu dəhşət son qoyulmasını istəyib.

Qeyd edək ki, Mosulda Ammarın taleyini yaşayanlar az deyil. Bir çox mosullu doğmalarını evlərinin zirzəmilərində dəfn etməyə məcbur olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31