Gündəm
Hamı günahı bir-birinin üstünə atır
“Qaz təchizatı haqqında” Qanunda dəyişikliklər edilməsi zamanında və yerində atılmış addımdır”. Bunu deyən millət vəkili Elmira Axundovanın sözlərinə görə, yaxşı haldır ki, müvafiq icra hakimiyyəti orqanı qaz təchizatına nəzarət edilməsi üçün yeni qurum yaradır. Çünki bu istiqamətdə son zamanlar, xüsusilə də qış aylarında çoxsaylı mübahisə doğuran və problemli məqamlar ortaya çıxmaqdadır: “Binaların və mənzillərin qazlaşdırılması zamanı texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunmasına, qazpaylayıcıların, qaz qurğularının yararlı və ya yararsız olub-olmamasınanəzarət edilməsi daha da gücləndirilməlidir.
Şəxsiyyət vəsiqəsi 25 AZN olacaq?
Azərbaycan vətəndaşlarına və ərazisində daimi yaşayan lakin vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın statusu almış şəxslərə sənədlərin verilməsi ilə bağlı dövlət rüsumuna dəyişikliklər nəzərdə tutulur.
8 yaşlı qızın başına gələnləri danışan həkim hönkürdü - işgəncə, təcavüz, ölüm...
Həkim məhkəmə zalında 8 yaşlı uşağa edilən təcavüz və işgəncədən danışarkən göz yaşlarına hakim ola bilməyib. O, hakimdən icazə alaraq zalı tərk edib. Florida ştatında 61 yaşlı Donald James Smith 8 yaşlı Cherish Perrywinkle-ə təcavüz edib, onu işgəncə ilə öldürüb. O, supermarketdə gördüyü uşağı aldadıb, onu McDonaldsa aparacığını söyləyib. Uşağı mikroavtobusa mindirən kişi onu qaçırdıb, zorlayıb və işgəncə ilə öldürüb.
Bakıda saxta pul hazırlayanlar tutulublar
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-dən “Olaylar”a daxil olan məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
“Bu qərar İrəvana ciddi mesajdır” - ŞƏRH
“Burada hər hansı korrupsiya və ya sövdələşmə ilə bağlı hallar baş verməmişdi. Sadəcə müəyyən adamlarla dostluq münasibətləri var idi”. Bunu Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Luka Volontenin Milan Məhkəməsində bəraət almasını şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
Elçindən həyat yoldaşına Sevgililər günü təbriki
Müğənni Elçin Cəfərov həyat yoldaşı Aydanla yeni fotosunu paylaşıb. Məlumata görə, sənətçi Sevgililər günü münasibətilə onu təbrik edərək bunları yazıb: “İnsanlar nə qədər bir-birini sevər və mehriban olarsa, Allaha nə qədər xoş gedər, özünüz düşünün. Hələ bu, Tanrının sənə göndərdiyi əmanətdirsə”.
Ərdoğanın “Osmanlı şilləsi” Ermənistanı QORXUYA SALDI: Ankara Bakıya...
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən ABŞ-ın PYD-yə dəstəyini sərt tənqid edərək, buna qarşı mübarizə aparacaqlarını açqladı. Ardınca qeyd etdi ki, “bizə deyirlər ki, “bizi vursanız, sərt cavab verəcəyik”. Bunu deyənlər görünür, heç vaxt “Osmanlı şilləsi” yeməyiblər”.
Bu rayonun polislərindən daha çox şikayət var - Prezident Administrasiyası açıqladı
"Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun "2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan "Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü yerə çıxıb”.
ABŞ-ın 4 dövlətə qarşı – Qorxunc planı
Türkiyənin bütün israrlarına baxmayaraq, ABŞ-ın İŞİD-ə qarşı PYD/YPG ilə birlikdə mübarizə aparmasının səbəblərindən biri də Fərat çayının şərqindəki ərəb bölgələrində PYD/YPG ilə öz təsirini təmin etmək və Fəratın şərqi ilə bağlı razılaşmanın olmadığı müddətdə qərbdə rejim, Rusiya və İrana kasıb bir Suriya buraxaraq Pirus zəfəri qazandırmaq istəyidir. Beləliklə, İsraili təhdid edən İranın da əl-qolunu bağlana bilər.
Nazənin, Mətanət, Vasif 20 il öncə - FOTO
Tanınmış televiziya rejissoru Nazim Zeynalov hazırda tanınmış olan bir sıra sənətçilərin arxiv fotolarını paylaşıb. Məlumata görə, 1998-ci ildə lentə alınmış görüntülər AZTV-nin çəkiliş pavilyonunda çəkilib. Vasif Məhərrəmli, Nazənin və Mətanət Əsədovanın həmin görüntülərini təqdim edirik.
Türk ordusu iki istiqamətdən vurdu: 1485 ölü...
Türkiyə ordusu Afrində keçirilən “Zeytun budağı” əməliyyatının 26-cı günü ilə bağlı hesabat yayıb.Açıqlamada havadan və qurudan hücuma keçən türk hərbçilərinin daha 46 terrorçunu məhv etdiyi, bununla da zərərsizləşdirilən terrorçu sayının 1485-ə çatdığı bildirilib.
ŞOK: Tanınmış idmançı öldü - Yol qəzasına görə
Isparta-Afyonkarahisar avtomobil yolu üzərində meydana gələn yol qəzasında atıcılıq üzrə Türkiyənin milli idmançısı Rüveyda Gülər ilə yoldaşı həyatını itirib. Isparta- Afyonkarahisar Avtomobil Yolu üzərində nəzarətdən çıxan avtomobilin dirəyə çırpılması nəticəsində meydana gələn yol qəzasında 2 nəfər ölüb.
YPG-nin gizli tunelləri darmadağın edildi: 13 meyit
Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində terrorçulardan azad etdiyi Bekovası kəndində təxribatın qarşısı alınıb. Bir qrup terrorçu Kiçik Darmık dağında yerləşən tunellər vasitəsilə kəndə gizli hücuma cəhd edib.
Hacıqabulda bir neçə kənd və qəsəbəni birləşdirən yollar yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacıqabul rayonunda 3 yol infratsrukturu layihəsinin reallaşdırılmasını nəzərdə tutub. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108.7 km uzunluğa malikdir. Sözügedən layihələrdən artıq 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2.1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2.5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7.6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır.
Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib
İtaliyanın Milan şəhərində şairə Maddalena Capalbinin Xocalı faciəsindən bəhs edən "Günahsız" adlı şeirlər toplusunun təqdimatı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təqdimat Milan Bələdiyyəsinin hər ay təşkil etdiyi "Milan poesiya ilə qovuşdu" layhəsi çərçivəsində baş tutub. Layihənin məqsədi insanları poeziyaya daha da yaxınlaşdırmaq, poetik dillə həm bədii, həm də sosial mesajlar verməkdir.














