Gündəm

“Rəqabət Məcəlləsinin qəbul edilməməsi sahibkarları da narahat edir”

14 Fevral 2018 13:38

“Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. Həmçinin, Elman müəllim deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir. Bizə də dollar-manatla verilən kreditlərlə bağlı insanlar tərəfindən müraciətlər olur. Bu məsələni banklara deyən zaman sağ olsunlar, bizə 30-40 faiz güzəşt edirlər”.

Deputat benzin və tibbi avadanlıqların yoxlanılmasını tələb etdi

14 Fevral 2018 13:32

 Millət vəkili Vahid Əhmədov Standartlaşama, meterologiya və Patent Komitəsinin ölkədəki məhsullara keyfiyyəti nəzarəti həyata keçriən qurumdur və qarşısında böyük öhdəliklər var. “Olaylar” verir ki, Milli Məclisin iqtisadi siyasət. sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov deyib.

Şeyx müsəlmanları İlham Əliyevə səs verməyə çağırdı

14 Fevral 2018 13:30

“İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub”.“Olaylar”ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarədə keçirilən tədbirdə bildirib. O, qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb: “Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz.

Əli Məsimli: “SSRİ zamanındakı keyfiyyət nişanlarına şükür edirsən...”

14 Fevral 2018 13:28

"Azərbaycanda məhsulların texniki göstərişlərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin iclasında “Texniki tənzimləmə” və “Standarlaşdırma” haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib.Deputat bildirib ki, Azərbaycanda bəzən elə məhsullar istehsal olunur ki, Sovet dövründə lağ edilən keyfiyyət nişanlarına şükür edirsən: “Çünki, elə məhsullar var ki, onlar uşaqların səhhətinə böyük ziyan verir. Bu baxımdan emal sənayesi strukturu təkmilləşdirilməlidir. Azərbaycan prezidenti dəfələrlə bu məsələyə toxunur və göstərişlərini verir. Əgər Azərbaycan prezidentinin bu sahədə göstərişləri yerinə yetirilsə, o zaman böyük nailiyyətlər əldə etmək olar. Hətta emal sahəsi ilə bağlı xeyli dərəcə uğur qazanıb rəqabətdə udmaq da olar”.

Nazir: “Azərbaycan Rusiya ilə strateji münasibətlərə böyük əhəmiyyət verir”

14 Fevral 2018 13:26

Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir. “Olaylar”in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində rəsmi Bakı ilə Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq sazişinin Azərbaycan-Moskva əlaqələrinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib. Nazir qeyd edib: "Ümumilikdə biz Rusiya ilə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafında əldə olunan mühüm nəticələrdən məmnunuq".

142 və 190-“Çağrı mərkəzləri” tərəfindən 15,2 mindən çox müraciət cavablandırılıb

14 Fevral 2018 13:24

Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 12,2 faiz az olmaqla, 15 236 müraciət daxil olub.

Bakı qəbiristanlığında yenə cadu tapıldı: Şəkildəkini tanıyan varsa… – FOTOLAR

14 Fevral 2018 13:21

Məzarlıqda növbəti dəfə cadu tapılıb.  Bakı sakini Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda qəribə halla qarşılaşıb. Belə ki, yaxının məzarını ziyarət etmək istəyən şəxs xoşagəlməz mənzərənin şahidi olub. O, qəbrin üzərini təmizləyərkən orada tanımadığı şəxsin şəklini və yanında yazı yazılmış kağız tapıb. Yazıların ərəb dilinə bənzədiyi bildirilir. Bu səbəbdən yaxınının məzarını ziyarət edən Bakı sakini bunun cadu olduğunu düşünür.

Video vəkillik bacarığının artırılması - İmişlidə təlim keçirilib - Layihə

14 Fevral 2018 13:19

Fevralın 7-8-də Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində birgə təşkil etdiyi növbəti təlim keçirilib. Təlim “Tərəqqi” Sosial Tədqiqatlar və "ARAZ" Humanitar Tədqiqatlar ictimai birliklərinin təşkilatçılığı ilə “Video vəkillik bacarıqlarının artırılması” layihəsi çərçivəsində baş tutub.

Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş… – FOTOLAR

14 Fevral 2018 13:18

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovun bir müddət əvvəl şəxsi “facebook” hesabında “qanuni oğru” Nadir Səlifovla birgə çəkdirdiyi şəklini paylaşması maraqla qarşılanmışdı.

Türkiyə bunu gözləyirdi - ABŞ kəşfiyyatından ŞOK ETİRAF

14 Fevral 2018 13:14

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun ABŞ Konqresinə təqdim etdiyi “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində Türkiyənin çoxdan gözlədiyi bir etiraf yer alıb.

Saakaşvili Polşadan Niderlanda gedəcək - Daha sonra ...

14 Fevral 2018 13:11

"Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedəcək". Bunu M.Saakaşvili özü elan edib. O qeyd edib ki, Avropa ölkələrində bir sıra görüşlər keçirməyi planlaşdırır. M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib.

Azərbaycanı özünə hədəf seçən qüvvələrə tutarlı cavab

14 Fevral 2018 13:09

"İtaliyanın Milan məhkəməsinin korrupsiya ittihamında adı çəkilən italyan siyasətçi Luka Volonteyə bəraət verməsi ermənilər və ermənipərəst qüvvələrin yalan və hiyləsini bir daha ifşa etdi". Bunu millət vəkili Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, erməni lobbisi və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı şər və böhtanla çıxış edir:

Qızını ərə verən müğənninin görüşdüyü kişi efirə zəng etdi- VİDEO

14 Fevral 2018 13:05

Ötən ilin sonlarında qızını ərə verən müğənni Mənzurə Musayeva bu gün "Hər şey daxil" verilişində qonaq olub. Verilişin aparıcısı xanım müğənniyə sürpriz edib. Tolik bildirib ki, efirə zəng edən şəxsin Mənzurə Musayeva ilə tez-tez mesajlaşdığı şəxsdir. 

""McDonalds" məhsullarının tərkibində zərərli maddələr aşkarlanıb" - Həkim xəbərdarlığı

14 Fevral 2018 13:02

Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "Fastfood" hazırlayan "McDonalds" və "KFC"məhsullarının orqanizm üçün zərərli olduğunu bildirib.

Deputat: “Avropaya vizasız getmək məsələsini gündəmə gətirməliyik”

14 Fevral 2018 12:58

“Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir”. Bunu deyən millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, qonşu ölkələrlə bağlı viza məsələsinin həlli labüddür: “Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil.