Gündəm
Sənətçilər 14 fevraldan danışdılar: “Nə sevgili, yanlış nömrəyə zəng etmisiniz”
ABŞ alimlərinin növbəti inanılmaz uğuru
ABŞ-ın Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərini xatırladan strukturlar yetişdirməyə müvəffəq olublar. Həqiqi böyrəklərin bu elementləri sidik ifraz edə bildiyi üçün bu hadisəni tibb aləmində əsl kəşf adlandırmaq olar.
Vaxtdır cənablar, getmək vaxtıdır... - ANALİZ
Müxalifətin heç bir seçkidə ortaya güc qoya bilməməsinin səbəbləri hamıya aydındır. Belə hallarda onların köməyinə son çarə olaraq boykot taktikası gəlir. Hansı ki, bu “taktikadan” son 25 ildə çox istifadə etsələr də heç bir nəticə əldə olunmayıb. Buna baxmayaraq, radikal müxalifətin liderləri “çevir tatı, vur tatı” taktikasından əl çəkə bilmirlər.
Səhiyyə naziri işdən azad edildi - Tatarıstanda
Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın səhiyyə nazirini vəzifəsindən uzaqlaşdırıb. Respublika rəhbərinin imzaladığı sərəncama əsasən, Adel Vafin tutduğu vəzifədən azad edilib.
Neymar 2019-cu ildə "Real"a keçəcək?
Neymarın "Real"a transfer ehtimalı bir neçə aydır gündəmə gətirilir."Mundo Deportivo" nəşri braziliyalı futbolçunun 2019-cu ilin yayında Madrid klubuna keçəcəyini ehtima edib. Mənbənin yazdığına görə "sambaçı" İspaniya La Liqasını daha baxımlı hesab edir.
"Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq"
Suriya dəfələrlə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməkdə günahlandırılsa da, Şam bunu həmişə təkzib edib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də bu silahların məhv edildiyi təsdiqlənib.
Xanımları cavan və cəzbedici göstərəcək 5 İPUCU
Elə saç düzümləri var ki, onlar xanımları yaşlarından xeyli cavan göstərir.
Bayıl sürüşmə sahəsi ilə bağlı hesabat Nazirlər Kabinetinə təqdim edildi
"Bayıl sürüşmə sahəsi ilə bağlı görülən işlərin aralıq hesabatını ötən gün Nazirlər Kabinetinə təqdim etdik" . Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Hazırda Nazirlər Kabinetində ərazi ilə bağlı yekun rəy qəbul etmək üçün baxılır: “Apardığımız geofiziki, laborator, topoqrafik işlər, mühəndis geoloji, hidrogeoloji müşahidələrin müfəssəl hesabatı hazırlanıb. Nazirlər Kabineti yekun rəy üçün nəticələri müxtəlif təşkilatlara göndərəcək.
Sevgilinizə hədiyyə almamaq üçün nə bəhanə uydurmusunuz? – SORĞU
Hər il 14 fevral “Sevgililər günü” kimi qeyd edilir. Bu münasibətlə şəhərin mərkəzi küçələrində sorğu keçirdik. Çox vaxt bəzi gənclər sevgililərinə hədiyyə almamaq üçün müəyyən bəhanələr uydururlar. Biz də bununla bağlı sorğu keçirdik. Gənclər “Sevgilinizə hədiyyə almamaq üçün nə bəhanə etmisiniz” sualı qarşısında əvvəl özlərini itirsələr də, sonra bir-birindən maraqlı etiraflar ediblər.
“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO
Bu da rəqqasə Fatimənin illərdir gizlətdiyi həyat yoldaşı - İLK DƏFƏ - VİDEO
Rəqqasə Fatimənin 11 illik həyat yoldaşı nəhayət "üzə çıxıb". Tolik "Hər şey daxil"də qonaq olan rəqqasə Fatiməyə nəhayət ərini tamaşaçılara göstərəcəyini deyib. Fatimə prodüser-aparıcının istəyinə qarşı çıxaraq, onu fikrindən daşındırmağa çalışsa da, bu alınmayıb.
Polis silahlı narkobaron saxladı
Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Qadının evinə basqın edənlər 10 min manatlıq qızıl aparıblar
Paytaxt Bakıda qadının evinə evə basqın edilb. Məlumata görə, Yasamal rayonu, Bünyadzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Reyhan Novruzovanın evinə daxil olan naməlum şəxslər qadını bıçaqla hədələyərək pul tələb ediblər. Naməlum şəxslər R. Novruzovaya xəsarət yetirərək 10 min manatlıq qızıl-zinət əşyaları götürərək evi tərk ediblər. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
Əhalinin ərzağa xərclədiyi pulun məbləği açıqlandı
Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 2 794,6 mln. manata bərabər olub.
“Standartlaşma haqqında” yeni qanun layihəsi hazırlanıb
Milli Məclisdə “Standartlaşma haqqında” və “Texniki tənzimləmə haqqında” yeni qanun layihələri müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Standartlaşam haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri müzakirə olunub.














